Qusarda falçı ev sahibini aldadaraq 12 min manat pulunu oğurladı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qusarda falçı ev sahibini aldadaraq 12 min manat pulunu oğurladı - FOTO

S.Xankişiyeva11:41 - 29 / 06 / 2021
Qusarda falçı ev sahibini aldadaraq 12 min manat pulunu oğurladı - FOTO

Qusarda fala baxmaq adı ilə insanları aldadaraq pullarını mənimsəyən qadın polislər tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan 1news.az-a verilən məlumata görə, Qusar rayon sakini olan bir qadın Rayon Polis Şöbəsinə müraciət edərək iyun ayının 27-də tanımadığı bir qadının onun yaşadığı evə gəldiyini, evində şər qüvvələr olduğunu bildirərək fala baxmaq adı ilə ora daxil olduğunu və 11800 manat pulunu oğurladığını bildirib.

Məlumatla əlaqədar RPŞ-nin əməkdaşları tərəfindən “isti izlərlə” həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edən və zərərçəkənin pulunu məsimsəyən qadının Yevlax rayon sakini Aygün Məmmədova olduğu və həyat yoldaşı Elçin Abdullayevlə birlikdə sonuncuya məxsus “Ford Tranzit” markalı nəqliyyat vasitəsi ilə Yevlax istiqamətində hərəkət etdiyi müəyyən edilib.

Həmin şəxslər polis əməkdaşları tərəfindən Hacıqabul rayonu ərazisində saxlanılaraq istintaqa təhvil veriliblər. Saxlanılan zaman isə E.Abdullayevə məxsus nəqliyyat vasitəsinə keçirilən baxış zamanı isə avtomobildən bir ədəd “AKS-74U” markalı avtomat, 24 ədəd patron və bir ədəd avtomat darağı aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslər barəsində Qusar RPŞ-nin İstintaq Bölməsində cinayət işi aşılıb, araşdırmalar aparılır.

Həmin qadının fala baxmaq adı ilə digər şəxsləri aldatdığı da istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, eləcə də Qusar Rayon Polis Şöbəsinə müraciət etmələri xahiş olunur.

Paylaş:
276

Son xəbərlər

QDİƏT-in turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə baş tutubBu gün, 17:50Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıbBu gün, 17:49Azərbaycanda hərracda 20 nəqliyyat vasitəsi özəlləşdirilibBu gün, 17:46Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edibBu gün, 17:34Novruz Məmmədov vəzifəsindən azad edildiBu gün, 17:31Ev dustaqlığında olan vəzifəli şəxs həbs edildiBu gün, 17:26Bakıda qaçırdığı avtomobillə yol qəzası törətmiş yeniyetmə saxlanılıb - FOTO - VİDEOBu gün, 17:12Vəkillər Kollegiyasının rəhbərliyinin iştirakı ilə Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilibBu gün, 17:09Bakıda iaşə obyektindəki hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsi olmayıb - AQTA-dan açıqlama - YENİLƏNİBBu gün, 16:45Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidirBu gün, 16:42Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıbBu gün, 16:26İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİBBu gün, 16:12“EFES - 2024” təliminə cəlb edilən Azərbaycan Ordusunun növbəti heyəti Türkiyəyə yola düşüb - VİDEOBu gün, 16:08Bolqarıstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlibBu gün, 16:04Sumqayıtda təhsil müəssisəsində 250 min manatdan artıq pul vəsaiti mənimsənilibBu gün, 15:59İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 15:47Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edilibBu gün, 15:38Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilibBu gün, 15:26Dənizdə dalğanın hündürlüyü 4.4 metrə çatıb - Faktiki havaBu gün, 15:19Moody’s Beynəlxalq Reytinq Agentliyi Kapital Bank-ın reytinq qiymətləndirməsini açıqlayıbBu gün, 14:59
Bütün xəbərlər