Rəqəmsallaşan dünyada yeni perspektivlər | 1news.az | Xəbərlər
Cəmiyyət

Rəqəmsallaşan dünyada yeni perspektivlər

12:53 - 06 / 07 / 2021
Rəqəmsallaşan dünyada yeni perspektivlər

Rəqəmsal texnologiyaların sürətlə inkişafı bəşəriyyət qarşısında yüksək tərəqqi üçün yeni yollar açır. İndi dünya "Dördüncü Sənaye İnqilabı"na qədəm qoyur. Bu isə süni intellektdən geniş istifadə, istehsalın avtomatlaşdırılması, robotlaşma, iqtisadiyyatın bütün sahələrində rəqəmsal texnologiyaların tətbiqi deməkdir. Ümumilikdə yeni sənaye inqilabı rəqəmsallaşma ilə bağlı bütün sahələrdə ən yeni, fərqli və daha əlverişli texnoloji infrastrukturdan istifadəyə gətirib çıxarır.

Nəticədə inkişaf etmiş dövlətlər rəqəmsallaşma prosesinin sosial və iqtisadi həyata daha sürətli inteqrasiyası üçün proqramlar hazırlayır və bu da onlar arasında rəqabəti formalaşıdırır. Böyük güclər rəqabətə davamlı yüksək texnologiyalar vasitəsilə iri həcmli məlumatları emal edir. İnsanlar da bu rəqəmsal texnologiyalardan hər gün getdikcə daha çox istifadə edirlər. Yaranmış əlverişli mühit texnologiya nəhəngləri üçün müasir bazarı formalaşdırır. Hazırda mobil telefon istehsalı sürətlə artır, bulud və digər yaddaş texnologiyaları yaradılır və bütün bunlar həyatımızın bir hissəsinə çevrilir.

Təbii ki, rəqəmallaşma, texnoloji yeniliklər ayrı-ayrılıqda hər bir dövlətin iqtisadiyyat, təsərrüfat, sənayə və digər sahələrinə öz müsbət təsirini göstərir. Xüsusilə iqtisadiyyatın rəqəmsallaşması, dayanıqlı və təhlükəsiz infrastruktur quruculuğu ilə sıx bağlıdır. Heç şübhəsiz ki, Azərbaycanda da daima sosial-iqtisadi sahədə, o cümlədən dövlət idarəetməsi sahəsində genişmiqyaslı islahatlar həyata keçirilir, innovativ layihələr, elektron xidmətlər təkmilləşdirilir və bütün sahələrdə rəqəmsallaşmış xidmətə keçid ön plana keçir.

Son illər ölkələri inkişaf tendensiyasını daha da inkişaf etdirən amillərdən biri “Elektron Hökumət”in (ingilis dilində e-Government) formalaşdırılması hesab edilir. Bu, müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaradır. Yaradılan imkanların əsas məqsədi sosial xidmət təminatında dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” azaltmaq, həmçinin, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir. “Elektron Hökumət” virtual məkanın, müasir texnologiyaların imkanlarından, dövlət orqanlarında informasiyalaşdırmanın yüksək səviyyəsindən istifadə edərək ölkə vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətcə yeni formada təqdim edilməsinə xidmət edir.

Bunlara nümunə kimi “ASAN xidmət”in yaradılmasını götürə bilərik. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan qurumun məqsədi dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin yüksək keyfiyyətlə, rahat və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi olub. Çünki dövlət başçısının qarşıya qoyduğu əsas vəzifələrdən biri dövlət xidmətlərinin göstərilməsində yeni standartlara nail olunmasıdır. Bu standartlar, dövlət və özəl xidmətlərin vahid məkanda operativlik, şəffaflıq, müasirlik, texnoloji imkanların yüksəkliyi və s. prinsiplərinə uyğun göstərilməsi əsasında formalaşdırılıb. Ümumiyyətlə Azərbaycanda rəqəmsal hökumətin inkişafı, maliyyə sektorunda tətbiq edilən həllər, qanunvericiliyin yeni texnoloji trendlərə uyğunlaşdırılması prosesi yüksək sürətlə davam etdirilməkdədir.

Həmçinin zəfərlə başa çatan İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlarımızda texnoloji əsaslarla şəhərsalmanın həyata keçirilməsi istiqamətində bir çox işlərə start verilib. Yenidənqurma işərinin əsasında tenoloji imkanlarla zəngin "Ağıllı kənd" layihəsidir. Bu layihənin həyata keçirilməsində əsas məqsəd kənd yerlərində insanlara elə şərait yaradılmasıdır ki, əhalinin şəhərdə əldə edə biləcəyi bütün xidmətlərə kəndlərdə də rahat çıxış olsun. Eyni zamanda, insanlara kənddə daha çox gəlir əldə etmək və məşğulluq imkanı yaradılmalıdır. Üçüncü məqam isə kənd sakinlərinin dövlət xidmətlərinə çıxışının təmin olunması üçün tam şəraitin formalaşdırılmasıdır. Yəni, “Ağıllı kənd” konsepsiyasında xidmət, qazanc və dövlət xidmətlərindən yararlanmaq baxımından kənd və şəhər fərqi faktiki olaraq aradan qalxmış olur.

“Ağıllı kənd təsərrüfatı” – istehsal üçün tələb olunan insan əməyini optimallaşdırarkən məhsulların miqdarını və keyfiyyətini artırmaq məqsədilə müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə edən yeni bir konsepsiyadır. 5 komponent üzrə icra ediləcək layihə yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələrindən ibarətdir. Buradakı evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək.

“Ağıllı kənd” konsepsiyasına əsasən, prosesin elektronlaşdırılması istehsal imkanlarını gücləndirir. Belə ki, suvarma sistemindən tutmuş torpağın əkilib-becərilməsinə, məhsulun toplanmasına kimi avtomatlaşdırılmış, bir mərkəzdən idarə olunan və bütün platformanın birgə idarə olunduğu bir sistemdir, həm də ən qabaqcıl texnologiyalar və texnotransferlərin tətbiqini nəzərdə tutur. Bu sistemin kənd infrastrukturunun digər sahələrinə - alternativ enerji mənbələrinə və müasir nəqliyyat sisteminə inteqrasiyası “Ağıllı kənd”in konsepsiyasını tamamlayacaq.

Sadalanan bütün xüsusiyyətlər ölkəmizin rəqəmsallaşma və elektron xidmətlərdə əldə etdiyimiz yeni nəaliyyətlərin göstəricisidir. Hazırda ölkəmizdə də aparılan islahatlar, dövlət və özəl sektor tərəfindən icra edilən mühüm proqramlar rəqəmsal iqtisadiyyat quruculuğu üçün mühüm baza formalaşdırır. Regionun Enerji və Nəqliyyat Mərkəzi statuslarına sahib olan Azərbaycanın artıq yeni dövrdə mövcud resurslardan, qabaqcıl dünya təcrübəsindən istifadə etməklə qısa zamanda rəqəmsal iqtisadiyyat qurmaq və regionun Rəqəmsal Mərkəzinə çevrilmək imkanı vardır.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri Aydın Tağıyev

Paylaş:
395

Son xəbərlər

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilirBu gün, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTOBu gün, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıb18 / 05 / 2024, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”18 / 05 / 2024, 13:10
Bütün xəbərlər