Samux sakini əmisini və əmisi oğlanlarını bıçaqlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Samux sakini əmisini və əmisi oğlanlarını bıçaqlayıb

17:05 - 14 / 07 / 2021
Samux sakini əmisini və əmisi oğlanlarını bıçaqlayıb

Samuxda bıçaqlanma hadisəsi baş verib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Tatlı kəndində qeydə alınıb. Kənd sakini, 1971-ci il təvəllüdlü Səfərov Mətləb Oktay oğlu qarının kəsilmiş deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstənin vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə vaxtı M. Səfərovun övladları - 1985-ci il təvəllüdlü Röyal Səfərov və 1993-cü il təvəllüdlü İlkin Qurbanov da bıçaq xəsarəti alıblar.

Qeyd edək ki, hadisə əkin sahəsində su üstündə olub. Araşdırma zamanı məlum olub ki, hadisəni Mətləb Səfərovun qardaşı oğlu Vüqar Səfərov törədib. O, polis tərəfindən saxlanıb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
330

Son xəbərlər

Bütün xəbərlər