Qurban bayramı simasında Azərbaycanın mütərəqqi milli və mənəvi dəyərləri | 1news.az | Xəbərlər
Siyasət

Qurban bayramı simasında Azərbaycanın mütərəqqi milli və mənəvi dəyərləri

S.Xankişiyeva10:40 - 16 / 07 / 2021
Qurban bayramı simasında Azərbaycanın mütərəqqi milli və mənəvi dəyərləri

Qloballaşan dünyada mədəniyyətlərarası və dinlərarası dialoq problemi, habelə multikulturalizmlə bağlı məsələlər xüsusi yer tutur.

Dünya qloballaşdıqca, yeni çağırışlar dünyadakı sülhü qorumaq üçün yeni dəyərlər və normaların tənzimlənməsini diktə edir. Xalqları inklüziv cəmiyyətlərdə birgə yaşamağa öyrətmək üçün onların milli və mənəvi dəyərləri mənimsəmələri mühüm məqamlardan sayılır.

Multikulturalizm hamı tərəfindən tanınan, müxtəlif mədəniyyətlərə tolerant münasibətə əsaslanan dinc, yanaşı yaşama prinsipidir. Multikulturalizmin xarakterik xüsusiyyəti tolerantlıq, dözümlülükdür. Ölkəmiz isə bu gün tolerantlıq məkanıdır. “Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir” deyən Ulu Öndər Heydər Əliyev bizim cəmiyyət olaraq bəşəri dəyərlərə münasibətimizin ən orijinal və aydın izahını verib, Azərbaycanı milliyyətindən və dinindən asılı olmayaraq müxtəlif xalqların nümayəndələrinin doğma vətəni adlandırıb.

Azərbaycan üçün fərqli baxışlara, adətlərə, vərdişlərə tolerant mövqe bəsləmək əlbəttə ki, təbiidir. Çünki, tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, xalqların sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınır. Bütün tarixi dövrlərdə Azərbaycan ərazisində etnik və dini icmalar arasında möhkəm əlaqələr formalaşıb, milli, dini və irqi zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb. Prezident İlham Əliyev çıxışlarında hər zaman multikulturalizmin ölkəmizin dövlət siyasəti və insanlarımızın həyat tərzi olduğuna xüsusi vurğu edir.

Yuxarıda qeyd olunan dəyərlər və tolerantlıq Azərbaycanda cəmiyyətlərin bütün üzvləri üçün ənənələrin və bayram adətlərinin qeyd olunmasına əsaslı zəmin yaradır.

Sovet dövründə dini mərasimlər və bayramlar tənqid obyektinə çevrilsə də, müstəqillik qazandıqdan sonra ölkəmiz bütün müqəddəs bayramları milli səviyyədə qeyd edir. 1992-ci ildə təsdiqlənmiş "Azərbaycan Respublikasının bayramları haqqında" qanunu ilə Qurban bayramı hər il Azərbaycanda rəsmi dövlət bayramı olaraq qeyd olunur.

Əhalisinin 96 faizi müsəlmanlardan ibarət Azərbaycan müsəlman dünyasının ayrılmaz parçasıdır və tarixən İslam mədəniyyətinin inkişafına misilsiz töhfələr bəxş etmişdir. İslam dünyası ilə münasibətlər qurmaq və inkişaf etdirmək Azərbaycanın hər zaman xarici siyasətinin prioritetlərindən olmuşdur.

Digər müsəlman ölkələri kimi, Azərbaycanda da İslam dinindən irəli gələn vəzifələr yerinə yetirilir. Hər il yüzlərlə azərbaycanlının Həcc ziyarətinə yola düşməsi və bu ziyarətin vacib əməllərindən hesab olunan qurban kəsilməsinə əməl etməsi xalqımızın İslam dininə bağlılığını nümayiş etdirir. Xalqımızın ümummilli lideri Heydər Əliyev bu müqəddəs bayramı yüksək qiymətləndirərək demişdir: “Bütün müsəlmanların böyük təntənə ilə qeyd etdikləri Qurban bayramı insanın ən çətin məqamlarında düzgün mövqe seçmək, ülvi amallar uğrunda hər cür fədakarlığa hazır olmaq qüdrətini təcəssüm etdirir”.

Sevindirici haldır ki, müqəddəs Qurban bayramının bu ilki gəlişini xalqımız tarixi baxımdan şərəfli olan günlərdə – Azərbaycan Ordusunun Ali Baş Komandan, Boyük Sərkərdə İlham Əliyevin rəhbərliyi altında İkinci Qarabağ-Vətən Müharibəsində qazandığı möhtəşəm Qələbə ilə qeyd edir.

Bu gün ölkə başçısı tərəfindən dövlət siyasəti kimi elan olunan və xalqımızın çoxəsrlik mədəni yaşam şərtlərindən doğan multikulturalizmin təbliği və onunla bağlı maarifləndirmə işlərinin aparılması bir tərəfdən dövlətin çağrışlarına adekvat cavabdırsa, digər tərəfdən xalqımızın yüzillər boyu formalaşmış mənəvi mədəniyyət xəzinəsinin, sərvətinin qorunması və gələcək nəsillərə çatdırılmasıdır.

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası

Milli Məclisinin deputatı

Paylaş:
671

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər