Tovuzda ata oğlunu zəncirlə ağaca bağlayaraq döyüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuzda ata oğlunu zəncirlə ağaca bağlayaraq döyüb

S.Xankişiyeva17:02 - 27 / 07 / 2021
Tovuzda ata oğlunu zəncirlə ağaca bağlayaraq döyüb

Tovuzda atanın 12 yaşlı oğlunu zəncirlə ağaca bağlayaraq döyməsi faktı ilə bağlı araşdırmalara başlanılıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, uşağı atası Şahin Mustafayev ağac parçası ilə döyüb. Nəticədə o, xəsarət alıb: "Hazırda məsələ ilə bağlı araşdırma aparılır və məsələyə aparılan araşdırmalardan sonra hüquqi qiymət veriləcək".

Paylaş:
421

Son xəbərlər

Bütün xəbərlər