Tələbələrin köçürülmələri ilə bağlı sənəd qəbulu yekunlaşıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Tələbələrin köçürülmələri ilə bağlı sənəd qəbulu yekunlaşıb

Qafar Ağayev12:42 - 27 / 07 / 2021
Tələbələrin köçürülmələri ilə bağlı sənəd qəbulu yekunlaşıb

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb. Sənəd qəbulu 12-26 iyul tarixlərində həyata keçirilib.

1news.az xəbər verir ki, transfer.edu.az portalı vasitəsilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ümumilikdə 1548 müraciət qeydə alınıb.

Onlardan 15 nəfəri magistratura səviyyəsindən, 158 nəfəri xaricdə yerləşən ali təhsil müəssisəsindən, 145 nəfəri orta ixtisas təhsili müəssisəsindən, 1230 nəfəri isə ölkə daxilində yerləşən ali təhsil müəssisəsindən köçürülmək və ya ixtisasını dəyişdirmək üçün qeydiyyatdan keçib.

Nəticələrin avqust ayında elan olunması nəzərdə tutulur.

Paylaş:
400

Son xəbərlər

Bütün xəbərlər