Bu gündən məktəbəhazırlıq üçün məktəb seçimi başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gündən məktəbəhazırlıq üçün məktəb seçimi başlayır

S.Xankişiyeva10:27 - 12 / 08 / 2021
Bu gündən məktəbəhazırlıq üçün məktəb seçimi başlayır

Bu gün saat 11:00-dan məktəbəhazırlıq qruplarına elektron qeydiyyatdan keçmiş valideynlər (digər qanuni nümayəndələr) məktəb seçimi edə bilərlər.

Təhsil Nazirliyindən 1news.az-a verilən məlumata görə, 2021-2022-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il saat 18:00-da başa çatacaq.

Paylaş:
497

Son xəbərlər

Bütün xəbərlər