Xaçmazda və Salyanda ev yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xaçmazda və Salyanda ev yanıb

Qafar Ağayev09:15 - 17 / 08 / 2021
Xaçmazda və Salyanda ev yanıb

Xaçmaz rayonunun Şıxlar kəndində ümumi sahəsi 100 m² olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 88 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Salyan rayonunun Kür Qaraqaşlı kəndində ümumi sahəsi 48 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
360

Son xəbərlər

Bütün xəbərlər