Ağstafanın sabiq icra başçısı YAP üzvlüyündən xaric edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağstafanın sabiq icra başçısı YAP üzvlüyündən xaric edilib

S.Xankişiyeva15:15 - 21 / 08 / 2021
Ağstafanın sabiq icra başçısı YAP üzvlüyündən xaric edilib

Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev Yeni Azərbaycan Partiyasının (YAP) üzvlüyündən xaric edilib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, o, partiyanın yerli rayon təşkilatının İdarə Heyətinin müvafiq qərarı ilə YAP üzvlüyündən xaric edilib.

Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Quliyev 9 il və müavini Ramiz Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər. R.Tatarov da hakim partiya üzvlüyündən xaric edilib. O, YAP yerli rayon təşkilatının sədri olub.

Paylaş:
778

Son xəbərlər

Bütün xəbərlər