Baş Qərargah rəisi Anıtqəbiri ziyarət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Qərargah rəisi Anıtqəbiri ziyarət edib

Qafar Ağayev13:41 - 13 / 09 / 2021
Baş Qərargah rəisi Anıtqəbiri ziyarət edib

Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti məzar önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.

Baş Qərargah rəisi Xatirə kitabına ürək sözlərini yazıb.

Paylaş:
401

Son xəbərlər

Bütün xəbərlər