Teymur Musayev şəhid ailələrinin üzvlərinin müalicəsi ilə bağlı tapşırıq verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Teymur Musayev şəhid ailələrinin üzvlərinin müalicəsi ilə bağlı tapşırıq verib

S.Xankişiyeva15:29 - 28 / 09 / 2021
Teymur Musayev şəhid ailələrinin üzvlərinin müalicəsi ilə bağlı tapşırıq verib

“Sanator Kurort Reabilitasiya Mərkəzində şəhid ailələrinin reabilitasiya, müalicə və istirahəti təşkil ediləcək”.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu mərkəzin baş direktoru Mürsəl Mürsəlov deyib.

O qeyd edib ki, bununla bağlı səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev tapşırıq verib: “Bununla bağlı təkliflər layihəsi hazırlayaraq Səhiyyə Nazirliyinə göndərmişik. Hesab edirəm ki, tez bir zamanda təkliflərimiz qəbul ediləcək”.

Paylaş:
451

Son xəbərlər

Bütün xəbərlər