İlk dərs günü “Elmlər”də izdiham - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

İlk dərs günü “Elmlər”də izdiham - VİDEO

17:50 - 29 / 09 / 2021
İlk dərs günü “Elmlər”də izdiham - VİDEO

Sosial şəbəkələrdə metronun Elmlər Akademiyası stansiyasının qarşısında izdihamla bağlı görüntü yayılıb.

1news.az xəbər verir ki,video stansiyanın Bakı Dövlət Universitetinin qarşısında yerləşən çıxışında qeydə alınıb.

Görüntülərdə yüzlərlə insanın stansiyanın qarşısında toplaşdığı, sosial məsafənin gözlənilmədiyi, bununla da pandemiya qaydalarının pozulduğu aydın olur.

Sıxlıq bu gündən ali məktəblərdə əyani tədris prosesi ilə bağlıdır.

Xatırladaq ki, bu gün səhər saatlarından etibarən ali məktəblərin giriş qapısında tələbələrin COVID-19 pasportunun olub- olmaması yoxlanılır. Nəticədə, universitetlərin qarşısında kütləvi sıxlıq müşahidə edilir.

1news.az

Paylaş:
309

Son xəbərlər

Bütün xəbərlər