Çovdar nekropolunda aşkar olunmuş tapıntılar nüfuzlu xarici laboratoriyalarda analiz olunur – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Çovdar nekropolunda aşkar olunmuş tapıntılar nüfuzlu xarici laboratoriyalarda analiz olunur – FOTO

S.Xankişiyeva11:35 - 29 / 09 / 2021
Çovdar nekropolunda aşkar olunmuş tapıntılar nüfuzlu xarici laboratoriyalarda analiz olunur – FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu tərəfindən Heydər Əliyev Fondu və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) dəstəyi ilə Çovdar nekropolunda aşkar edilmiş tapıntılar üzərində elmi tədqiqat işləri davam etdirilir.

“AzerGold” QSC və Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu arasında imzalanmış müqaviləyə əsasən, Son tunc – Erkən dəmir dövrünə (e.ə.II min.sonu – I min. əvvəli), Xocalı-Gədəbəy mədəniyyətinə aid tapıntıların kameral tədqiqi həyata keçirilir. Layihə çərçivəsində 156 qəbrin yerləşmə planı hazırlanıb. 619 ədəd saxsı qab, 833 ədəd tunc və dəmir məmulat, 2243 ədəd xırda tapıntı bərpa edilib. Bununla yanaşı, 136 insana aid sümüklər öyrənilib. Xatırladaq ki, arxeoloji layihəyə 2019-cu ilin fevral ayında “AzerGold” QSC-nin Daşkəsən rayonunda yerləşən Çovdar Filiz Emalı Sahəsində aparılan tikinti işləri zamanı qədim məzar nümunələrinin aşkar edilməsi ilə başlanılıb.

Hazırda antropologiya sahəsində zəngin təcrübəyə malik yerli və əcnəbi mütəxəssislərin birgə əməkdaşlığı ilə nüfuzlu beynəlxalq laboratoriyalarda insan qalıqları əsasında DNT, radiokarbon, karbon və azot izotopları üzrə analizlərin aparılmasına başlanılıb.

Xocalı-Gədəbəy mədəniyyətinin tədqiqi üzrə ilk dəfə həyata keçirilən DNT analizi qədim tayfaların regionun digər xalqları ilə qohumluq əlaqələri barədə genetik məlumatların əldə edilməsinə imkan verəcək. Sözügedən analizlər nəticəsində qədim tayfaların burada məskunlaşma tarixi, dəfn olunanların cinsi, yaşı, xəstəlikləri, ölüm səbəbi, qida rasionu haqda detallı məlumatlar əldə ediləcək. Bununla da, qədim insanların məişəti, həyat tərzi, məşğulluqları öyrəniləcək, həmin dövr üçün bölgədə xarakterik olan epidemik xəstəliklər müəyyənləşəcək. Həmçinin nekropoldan tapılmış metal əşyalar üzərində həyata keçirilən spektral analizlər onların tərkibinin öyrənilməsinə imkan verəcək. Sözügedən araşdırma xarici ölkələrlə ticari münasibətləri, həmin dövrdə sənətkarlığın inkişaf səviyyəsi, istifadə edilən metal əşyaların xammal mənbələrini müəyyənləşdirəcək.

Elmi tədqiqatların davamı olaraq Daşkəsən rayonunun Çovdar kəndi və ətraf ərazilərin qədim geoloji epoxalarda heyvan və bitkilərin yaşayış şəraiti, həyat tərzi, bölgənin landşaftı və tədqiq olunan dövrdə ərazidə məskunlaşma sıxlığının öyrənilməsi də planlaşdırılıb.

Layihə çərçivəsində Türkiyənin Hacəttəpə Universitetinin Antropologiya fakültəsinin professoru, tanınmış antropoloq Yılmaz Selim Erdal ölkəmizə səfər edib. O, Çovdar nekropolunda aşkar edilmiş tapıntılar üzərində həyata keçirilən kameral tədqiqatlarla tanış olub, insan sümükləri əsasında DNT analizinin aparılması üçün müvafiq nümunələr götürüb.

Qeyd edək ki, laborator tədqiqatlar Türkiyənin Hacəttəpə Universiteti, Orta Doğu Teknik Universiteti, Türkiyə Bilimsel və Teknolojik Araştırma Kurumu (TÜBİTAK) və İtaliyanın Milli Tədqiqatlar Şurasının (CNR) laboratoriyalarında həyata keçirilir. Bütün analiz nəticələrinin 2021-ci ilin sonunadək əldə edilməsi nəzərdə tutulub.

Görülən işlər və onların nəticələrinin beynəlxalq səviyyədə təbliği məqsədi ilə beynəlxalq elmi dərgilərdə silsilə məqalələrin dərc edilməsi, o cümlədən hesabat və xüsusi nəşrin hazırlanması nəzərdə tutulub. 2 ildən çox müddət ərzində davam etdirilən layihənin əsas məqsədi qədim mədəni irsimizin tədqiq və təbliğ olunması, onların konservasiya edilərək gələcək nəsillərə çatdırılmasıdır.

Qeyd edək ki, “AzerGold” QSC “Çovdar” qızıl yatağının sulfid mərhələsi üzrə davam etdirilən istismara hazırlıq işləri çərçivəsində ərazidə yeni maddi mədəniyyət qalıqlarının aşkarlanması ehtimalını da xüsusi diqqətdə saxlayır.

Paylaş:
443

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər