Dördüncü ixtisas qrupu üzrə 600 və daha çox bal toplayan abituriyenlərin sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Dördüncü ixtisas qrupu üzrə 600 və daha çox bal toplayan abituriyenlərin sayı açıqlandı

Qafar Ağayev11:54 - Bu gün
Dördüncü ixtisas qrupu üzrə 600 və daha çox bal toplayan abituriyenlərin sayı açıqlandı

Ali təhsil müəssisələrinə qəbul imtahanında IV ixtisas qrupu üzrə 968 abituriyent 600 və daha çox bal toplayıb.

Bu barədə 1news.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, imtahan nəticələrinə əsasən ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 4550, ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 5420 abituriyent müsabiqədə iştirak etmək hüququ əldə edib.

2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin IV ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 3617, rus bölməsi üzrə 360 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 755 olmaqla, IV ixtisas qrupu üçün ümumilikdə 4732 plan yeri ayrılıb. Bu yerlərdən 3578-nə qəbul isə dövlət sifarişi əsasında aparılır.

Xatırladaq ki, 2024/2025-ci tədris ilində IV ixtisas qrupu üzrə 614 abituriyent 600 və daha çox bal toplamışdı. Bu ixtisas qrupu üzrə ötən tədris ilində 4600 plan yeri ayrılmış, həmin yerlərdən 3135-i dövlət sifarişi əsasında olmuşdu.

Bu il ali təhsil müəssisələrinə ixtisas seçimi müsabiqəsi avqustun 19-dək davam edəcək.

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər