Məktəblilər arasında Bakı şəhəri açıq çempionatının ilk mərhələsinə start verilir
VI-IX siniflər arasında Bakı şəhəri açıq çempionatının ilk mərhələsinə start verilir.
Bu barədə 1news.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, sözügedən siniflər üzrə nazirliyin təşkilatçılığı və “Kapital Bank”ın dəstəyi ilə “Ağıllı Şəhər-Bakı” layihəsi çərçivəsində “Nə? Harada? Nə zaman?” oyunu üzrə iki mərhələdən ibarət yarış təşkil ediləcək.
Birinci seçim mərhələsində iştirak etmək üçün respublika üzrə bütün məktəblərdən 200 komanda qeydiyyatdan keçib. Bu mərhələ oktyabrın 9-da onlayn formatda təşkil ediləcək. Ən yaxşı nəticə göstərən 8 Bakı və 9 regional komanda oktyabrın 20-də Bakıda canlı keçiriləcək final mərhələsinə qatılacaq.
“Ağıllı Şəhər-Bakı” layihəsi çərçivəsində artıq bir ildən artıqdır ki, məktəblilər üçün Azərbaycan və rus dillərində həftəlik intellektual oyunlar keçirilir. Bu müddət ərzində müxtəlif yaş kateqoriyalar üzrə respublika çempionatı və kuboku təşkil edilib.