29 il əvvəl məcburən tərk etdikləri evlərini tapdılar... – “Biz qayıtdıq” – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

29 il əvvəl məcburən tərk etdikləri evlərini tapdılar... – “Biz qayıtdıq” – VİDEO

S.Xankişiyeva17:33 - 16 / 10 / 2021
29 il əvvəl məcburən tərk etdikləri evlərini tapdılar... – “Biz qayıtdıq” – VİDEO

Xocavənd rayonunun Tuğ kəndindən erməni işğalçıları tərəfindən zorla çıxarılan Qaraşovlar ailəsi 29 il 7 ay sonra kəndlərinə qayıdıb.

AzTV bir ailənin qayıdışı timsalında Qarabağa böyük qayıdışı özündə əks etdirən “Biz qayıtdıq” adlı film hazırlayıb.

1news.az-a AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, illər sonra doğma kəndinə dönən ailə üzvləri əvvəlcə Tuğun tarixi-dini məkanlarına baş çəkib, xatirələrini bölüşüblər.

Daha sonra məcburi tərk etdikləri evlərinə yollanıblar. Onların hissləri filmdə anbaan əks olunub, fikirlərinə yer verilib.

Qaraşovlar ailəsi kəndlərinə qayıda bildikləri üçün Prezident, Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna təşəkkürünü bildiriblər.

Sənədli filmdə Tuğ kəndinin təbiətindən də bəhs olunub.

“Biz qayıtdıq” sənədli filminin ssenari müəllifi və rejissoru Etibar Məmmədov, operatoru Ramin Şahbazov, redaktoru Yusif Şeyxovdur.

Film oktyabrın 16-sı saat 16:30-da AzTV-də yayımlanacaq.

Paylaş:
443

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər