“Karabakh Center” “Rebuild Karabakh” sərgisində - Qarabağda törədilən erməni vandallığı ilə nümayiş olundu - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Karabakh Center” “Rebuild Karabakh” sərgisində - Qarabağda törədilən erməni vandallığı ilə nümayiş olundu - FOTO

Qafar Ağayev17:54 - 22 / 10 / 2021
“Karabakh Center” “Rebuild Karabakh” sərgisində - Qarabağda törədilən erməni vandallığı ilə nümayiş olundu - FOTO

20-21 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində “Rebuild Karabakh” - Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisi həyata keçirilib.

Üç gün ərzində sərgiyə gələn ziyarətçilər dünyanın 17 ölkəsindən 279 şirkətin məhsulları ilə tanış ola biliblər. Bu sərgidə Qarabağ Dirçəliş Fondunun Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü həyata keçirilən “Karabakh Center” layihəsinin də stendi var var idi. Bu resursda erməni vandallarının Qarabağda törətdikləri dağıntıları özündə əks etdirən foto və videolar nümayiş etdirilir.

1news.az böyük maraqla qarşılanan “Karabakh Center”in stendindən reportaj hazırlayıb.

Qarabağ Dirçəliş Fondunun PR və Kommunikasiya üzrə koordinatoru Pərvin Məmmədova deyib ki, sərgidə iştirak etməkdə məqsəd Qarabağa dəyən zərər barəsində məlumatları daha geniş ictimaiyyətə çatdırmaqdı.

"Sərgidə yerli şirkətlərlə yanaşı, xarici şirkətlər də iştirak edir, eyni zamanda ziyarətçilər arasında yeri və xarici qonaqlar var. “Karabakh Center” layihəsi Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ərsəyə gələn layihədir. Bu layihə Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri, eyni zamanda erməni təcavüzünün nəticəli barədə sistemləşdirilmiş məlumatların daha geniş ictimaiyyətə çatdırılması məqsədilə yaradılıb. Biz də sərgidə bu məhz bu məqsədi həyata keçirirdik”.

O, bildirib ki, layihənin içində yer alan 10 min çox zərərlə bağlı fotoşəkillər, videoların bir çox yerlərdə təqdimatı edilib.

“Hazırda da Bakının böyük alış-veriş mərkəzlərində də fotolardan ibarət “Qarabağda Urbisid” sərgisi nümayiş olunur. Ümumiyyətlə 3 günün yekunu olaraq demək istəyirəm ki, bu stendə, Qarabağa dəyən zərərlə bağlı videomateriallara, açıqlamalara çox böyük maraq oldu. Burada ianə ilə bağlı da çox məlumatlar verilirdi. Zərərlərin miqyası həddindən artıq böyükdür, zərərin miqyasının bu qədər böyük olması artıq bütün iştirakçılılığı burada təmin etmək zərurətini göstərir. Bütün soydaşlarımız, istər Azərbaycanda olan, istərsə də Azərbaycandan kənarda olanlar bu məqsəd üçün birləşməlidir. Yerindəcə ianə edənlər də həddindən artıq çox idi. Bəzi məlumatı daha az olan adamlar var idi ki, biz onlara kifayət qədər məlumatlar verirdik. İanə sertifikatları, eyni zamanda “Qarabağ challange” layihəsi ilə bağlı ziyarətçilər məlumatlandırıldı. “Qarabağ challange”in barəsində kiçik kitablar hazırlanmışdı, onlar təqdim olundu. Bu layihəyə də qoşulanlar çox oldu. Çox sevindiricidir ki, həqiqətən də bu sərgi təbliğat, təşviqat, eyni zamanda zərərin qiymətləndirilməsi ilə bağlı insanları maarifləndirməyə xidmət elədi”.

“Sərgidə rəssamın iştirakı ilə masterklas keçirilirdi” – deyə, P.Məmmədova bildirib:

“İstəyənlər “Qarabağda payız” adlı əsərdə bir balaca şrtix də olsa iştirak edə bilər. Bunun da məqsədi odur ki, Qarabağla bağlı iştirakçılığı artırmaqdır. Biri ianə etməklə, biri rəsm əsərində öz qabiliyyətini göstərməklə hərkəs Qarabağın dirçəlişi ilə bağlı bu prosesdə iştirak edə bilsin”.

Stenddə “Qarabağda payız” adlı rəsm masterklası verən Rəssamlar ittifaqının üzvü, prezident təqaüdçüsü Həlimə Ələsgərova bildirib ki, onun 7 sərgisi olun və demək olar ki, hamısı Qarabağa həsr olunub.

“Bu gün burada uşaqlara masterklass keçirəm, əsəs isə “Qarabağda payız” adlanır. Uşaqlara göstərmək istəyirəm ki, hazırda Qarabağ necədir. Mən özüm Qarabağla bağlı rəsm çəkəndə çalışıram ki, əlvan rənglərdən istifadə edim. Bunu etməkdə məqsədim insanlara pozitiv enerji qazandırmaqdır, yəni Qarabağ insanlarda neqativlik ilə təəssurat yaratmasın. Burada da uşaqlarla xoş təəssuratlarla Qarabağ mənzərəsini çəkirik. Qarabağın payızını çəkməyə maraq gözlədiyimizdən də çoxdur”.

Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinin rəhbəri Aybəniz İsmayılova bildirib ki, Qarabağ Dirçəliş Fondunun “Karabakh Center” layihəsi “Rebuild Karabakh” sərgisində nümayiş olunur.

““Karabakh Center” layihəsi Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevın təşəbbüsü ilə ərsəyə gəlib. Bu internet portalında Qarabağla bağlı 10 mindən artıq fotolar var. İkinci Vətən müharibəsi bitdikdən sonra işğaldan azad edilmiş torpaqlarımızda ermənilər tərəfindən törədilmiş vandalizmi gördük. Torpaqlarımıza vurulan böyük miqyasda zərərin qarşısında durmalı olduq. Qarabağ Dirçəliş Fondu özlüyündə birbaşa bərpa-quruculuq işləri üçün ianələr və vəsaitlərin toplanması vacib olduğu halda bu çox yaxşı bir resursdur. Bütün dünyaya, eyni zamanda Azərbaycanın öz ictimaiyyətinə zərərin miqyasını nümayiş etdirmək üçün önəmli vasitədir. Hərkəs anlamalıdır ki, biz nə qədər tez qayıtmaq istəsək də bərpa, quruculuq işləri nə qədər böyük vəsaitə başa gəlir”.

O, bildirib ki, “Rebuild Karabakh” sərgisi böyük imkanlar yaradır.

“Burada Qarabağda quruculuq işlərində iştirak etmək istəyən və artıq iştirak edən şirkətlər var. Dövlət qurumları və özəl təşkilatlar öz işlərini nümayiş etdirir, Qarabağda işləmək üçün niyyətlərini də göstərirlər. Burada xarici şirkətlər də təmsil olunur. Həmin şirkətlərin nümayəndələri və ölkəmizdə olan əcnəbi iş adamları bizim stendimizə yaxınlaşaraq çox maraqlanırlar. Bildirirlər ki, onlar miqyasın bu qədər böyük olduğunu təsəvvür etmirlər. Şəkillərə ayrı-ayrılıqda baxırlar, bizim saytımızı qeyd edirlər, əksəriyyəti bu 3 gün ərzində ianələr də ediblər. Gözünlə görmək tamamilə fərqlidir. Bəziləri var ki, Ağdama, Şuşaya və digər işğaldan azad olunmuş ərazilərə səyahət ediblər, amma burada dronla çəkilən foto və videoları öz gözləri ilə görəndə bunlara həm emosional, həm də peşəkar kimi nəzər sala bilirlər. Ermənilərin Qarabağda törətdiləri vandallığın miqyası hədddindən artıq böyükdür. Ermənilərin Qarabağa vurduğu zərər Birinci və ikinci Dünya Müharibəsi zamanı vurulan zərərə bərabərdir. Bunu hamı anlamalıdır. Bərpa quruculuq işlər bir əldən mümkün deyil, burada gərək hamı iştirak etsin”.

Sərgidə olarkən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə uşaqlala birlikdə “Karabakh Center”in stendini ziyarət etməyə gəldi. Onlar bu sərgiyə gələrkən əliboş gəlməyiblər, hazırladıqları “Xarıbülbül” və “Azərbaycan” əsərlərini də hədiyyə olaraq gətirmişdilər.

Kəmalə Ağazadə bildirib ki, Qarabağın dirçəlişi bu gün gəncliyin əlindədir.

“Mən bura uşaqları gətirmişəm, onlar o qədər sevgi dolu uşaqlardılar ki, sərgiyə gəlmək üçün səbrsizlənirdilər. Gecə ilə bu sərgi üçün, Qarabağ Dirçəliş Fondu üçün öz hədiyyələrini hazırlayıblar. Bu hədiyyələr “Azərbaycan” və “Xarıbülbül”dür. Onlar müharibə dövründə belə önəmli işlər gördülər. 100-dən çox bayraq tikildi, cəbhəhə göndərildi o uşaqların sayəsində. Bizim bir vətəndaş olaraq borcumuzdur ki, uşaqlara bizim vətənimiz olan Qarabağa nələr edə biləcəyimizi aşılayaq. Azərbaycan Uşaqlar Birliyi qərara gəlib ki, Qarabağ Dirçəliş Fonduna təklif etsin. Təklif bundan ibarətdir ki, bizim çoxlu əl işlərimiz var, onların satışını edib, əldə edilən vəsaiti Qarabağ Dirçəliş Fonduna ianə edək. Məqsədimiz gənc Qarabağı təbliğ etmədir, düşünürəm ki, bu istiqamətdə o uşaqların çox böyük rolu olacaq. Gələn kimi tablonu tamam dəyişib orada Qarabağın günəşini çəkiblər”.

Paylaş:
900

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər