Gəncə terrorunun qisasını alan şəhid Cavid Əliyev – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncə terrorunun qisasını alan şəhid Cavid Əliyev – FOTO – VİDEO

S.Xankişiyeva09:44 - 26 / 10 / 2021
Gəncə terrorunun qisasını alan şəhid Cavid Əliyev – FOTO – VİDEO

Azərbaycanın əzəli və qədim torpağı Qarabağımızın azadlığı uğrunda dastan yazan igidlərimizdən biri də Əliyev Cavid Samir oğludur.

Cavid 10 avqust 2001-ci ildə Gəncə şəhərində doğulub. Orta məktəbi də elə həmin şəhərdə bitirib. 11 yaşından idmanın sərbəst güləş növü ilə məşğul olan Cavid vaxtilə Azərbaycan üçüncüsü olub, bir çox yarışlarda üçrəngli bayrağımızı dalğalandırıb.

Cavid Əliyev 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı ilə başlayan Vətən Müharibəsində də iştirak edib.

Cavid Tərtər (Suqovuşan kəndi), Xocavəndin Hadrut qəsəbəsi (Ağoğlan), Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. 19 yaşlı qəhrəmanımız Füzuli istiqamətindəki döyüşlərdə düşmən tankını dəqiq zərbə ilə məhv edərək öz rotasını xilas edib.

Ən son 3 noyabr 2020-ci il tarixində Şuşa uğrunda gedən döyüşlərdə yaralı komandirini xilas etmək istəyərkən, qəhramanlıq göstərərək şəhidlik zirvəsinə ucalır. 6 noyabr 2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Əliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Əliyev ölümündən sonra “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

“Cavidin dəfn mərasiminə komandiri gələnə qədər biz bilmirdik ki, o Şuşa uğrunda gedən döyüşlərə iştirak edib. Komandiri bizə dedi ki, Cavid sərrast atışı sayəsində düşmən tanklarını yerlə-yeksan edirdi” – şəhidin qardaşı Cavanşir Əliyev.

Cavid Azərbaycan Gənclər Və İdman Nazirliyinin bir çox yarışlarında iştirak edir, bir çox dərəcələrə layiq görülür. İdmana olan sevgisi onu dərslərdən geri qalmasına səbəb olsa da, Azərbaycanın şanlı tarixini yazan oğullarımızdan biri də odur.

“İdmana böyük marağı olduğu üçün dərslərindən geri qalardı. Dərsdən qaçan oğullar müharibədə tarix yazdı. Oğlumla fəxr edirəm ki, balam qəhrəmandır. O, Şuşa uğrunda gedən döyüşlərdə igidlik göstərib, tankların külünü havaya sovururdu” – şəhidin anası Təranə Əliyeva.

2020-ci ildə Vətən Müharibəsi zamanı Azərbaycan Ordusunun qazandığı uğurları həzm edə bilməyən, döyüş meydanında cəsarətini gösətərə bilməyən mənfur erməni quldurları Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni dəfələrlə bombalayır. Terror nəticəsində 27 nəfər şəhid olur, yüzlərlə ev darmadağın edilir.

Doğma şəhərində baş verənlər Cavidə çox pis təsir edir. Ailəsi ilə telefon danığı zamanı “Gəncəmin qisası alırıq” söyləyir.

“Gəncəyə raket atılan vaxtı mənimlə danışanda dedi ki, ana, orada salamatçılıqdı? Narahat olma, burada Gəncənin qisasını alırıq, düşmən tərəfini düm-düz etmişik” – şəhidin anası sözlərinə əlavə edir.

“Həftədə 10 dəfə zəng edib, bizləri soruşardı. Anasını, bacı və qardaşını soruşardı. Deyirdim hər şey yaxşıdır, təkcə sən sağ-salamat gəl. Axırıncı dəfə Füzulidən şəkil göndərdi. Dedi ki, biz arxa cəbhədəyik, Beyləqandayıq, yerimiz rahatdır. Halbuki, ön cəbhədə imiş. Biz narahat olmayaq deyə, belə deyirmiş” – atası Samir Əliyev.

Vətən Müharibəsində qəhrəmanlıq göstərən bütün igid oğullarımız kimi, 19 yaşlı Cavidin də qəlbində yüzlərlə arzusu vardı. Lakin Vətənə olan sonsuz sevgisi hər şeydən daha üstün idi.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

Qazilərimizə cansağlığı versin!

Uca Tanrım Şanlı Ordumuzu qorusun!

Mövzu ilə əlaqədar oxuyun:

Şəhid Camal İsmayılov: Qızım hərbçilər pensiyaya çıxmaz, onlar şəhid olurlar – FOTO – VİDEO

XTQ igidi: Erməni əsirlərə “Cücələrim” mahnısını oxutdurmaqla 92-ci ilin intiqamını aldım – VİDEO

Füzulidə ağır yaralanan, Şuşada şəhid olan Ramiz Ağayevin ailəsinə son mesajı – FOTO – VİDEO

Xocalı soyqırımı şahidinin xatirələri: “Körpə qarın üzərində, anasının əlindən tutmuş vəziyyətdə donmuşdu...” – VİDEO

“Başını dizlərimə qoyub “Bura mənim istirahətimdir” deyirdi” - Şəhid anası

Samirə Xankişiyeva

Paylaş:
2217

Son xəbərlər

Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12
Bütün xəbərlər