XTQ igidi: Erməni əsirlərə “Cücələrim” mahnısını oxutdurmaqla 92-ci ilin intiqamını aldım – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

XTQ igidi: Erməni əsirlərə “Cücələrim” mahnısını oxutdurmaqla 92-ci ilin intiqamını aldım – VİDEO

S.Xankişiyeva16:11 - 30 / 09 / 2021
XTQ igidi: Erməni əsirlərə “Cücələrim” mahnısını oxutdurmaqla 92-ci ilin intiqamını aldım – VİDEO

Hər kəsə bəllidir ki, 27 sentyabr 2020-ci ildən başlayaraq Azərbaycan Ordusu 44 gün müddətində yeni qəhrəmanlıq tarixini yazdı.

Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən igid oğullarımızdan bir də Kərimov Emin Allahqulu oğludur. O, 1986-cı ildə İmişli rayonunda anadan olub. 2004-cü ildə hərbi xidmətə çağrılaraq N saylı hərbi hissədə gizir kimi xidmətə başlayan Emin, 2010-cu ildə öz istəyilə ordudan tərxis olunub. Lakin 27 sentyabrda Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təcavüzünə cavab olaraq başlayan Vətən Müharibəsi zamanı Emin də minlərlə cəngavər oğullarımız kimi, könüllü olaraq döyüşlərə qoşulur.

O, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) tərkibində döyüşməyə başlayır.

1news.az PrimeTime.az-a istinadla Emin Kərimovun keçdiyi döyüş yolundan, müharibə vaxtı aldığı zərbədən, I Qarabağ müharibəsi zamanı ermənilərə əsir düşmüş əsgərlərimizin qisasından bəhs edir.

“Döyüşə girən kimi şəhid olmaq istəmirdim. İstəyirdim heç olmasa bir ermənini cəhənnəmə göndərim. Bir də ermənilərə əsir düşməkdən qorxurdum. Ondansa özümü öldürmək mənim üçün daha yaxşı olardı”, - deyə gizir qeyd edir.

Emin sözlərinə əlavə edir ki, 27 oktyabrdan bizimlə əlaqə itdi:

“Hətta evdəkilər də elə bilirdi ki, biz şəhid olmuşuq. Döyüşə gedərkən hər şeylə razılaşmışdım. Düşünmürdüm qayıdaram, bəlkə də bir ayağım olmadan qayıdaram. Ümumiyyətlə hər şeyi unutmuşdum.

Orada gecə-gündüz dağ-meşə ilə hərəkət edirdik. Dağda 10 metr düz yer görəndə sevinirdik. Əsasən gecələr hərəkət edirdik. Çox təəssüflənirəm ki, sona qədər orada qala bilmədim. Minaatan mərmisi atıldı, dalğa məni ağaca çırpdı. Huşumu itirdim. Məni oradan uzaqlaşdırdılar. Noyabrın 7-də evdəkilər bildilər ki, mən sağam”.

Emin müharibə zamanı xatirələrindən danışarkən bildirir ki, oradan yaxşı xatirəm yoxdur:

“Qardaş dediyim adamlar şəhid olub. Əvvəllər onları tanımasam da, orada bir yerdə oturub su içdiyin, yemək yediyin insanlar 10 saniyədən sonra şəhid olur. Ona görə döyüşlərlə bağlı bir çox xatirələri yaddaşımdan əbədiyyən silmək istəyirəm. Orada mən, sən yox idi, birlik idi, qardaşlıq idi. Hər kəs bir-birinə dayaq idi”.

“Xocavəndin Domi kəndi vardı. Orda bir müddət irəlilədikdən sonra ermənilərin təxmini 40 nəfərlik mövqelərinə çatdıq. Komandir onlara müraciət etdi ki, artıq bura bizim ərazilərdir.

Əvvəlcə dedilər ki, bizə 1-2 saat vaxt verin, biz sülhməramlılarla özümüz əlaqə saxlayaraq təslim olacağıq. Amma saat 5-də gördük çıxmırlar. Yüksəklikdə də snayperləri var idi, bizim kombatı vurmaq istəyirdirlər. Hücuma keçdilər. Döyüş başladı. Onlardan bəziləri meşəliyə qaçdı. Həmin mövqeni rahatlıqla ələ keçirdik.

Gecə vaxtı idi, xəbər gəldi ki, düşmənin 62 nəfərlik dəstəsi yaxınlaşır. Gəlib çatanda yalandan dedilər ki, guya yolu azmışıq. Axmaq adamdılar ki, 62 nəfərlə mühasirəyə düşdülər. Əllərindəki silah-sursatı aldıq, əllərini bağladıq, ocaq yandırmışdıq, onları dairəvi şəkildə orada əyləşdirdik.

1992-ci ildə bizim əsgərlər mühasirəyə düşəndə ermənilər onlara “Marş irəli” oxutdurmuşdular. Həmişə Allahdan arzum idi ki, həmin əsgərlərin qisasını almağı mənə qismət olsun. Buna görə də erməni əsirlərə “Cücələrim” mahnısını uşaq kimi oxutdurdum.

Qeyd edək ki, gizir Kərimov Emin Allahqulu oğlu Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Mövzu ilə əlaqədar oxuyun:

Şəhid Camal İsmayılov: Qızım hərbçilər pensiyaya çıxmaz, onlar şəhid olurlar – FOTO – VİDEO

Füzulidə ağır yaralanan, Şuşada şəhid olan Ramiz Ağayevin ailəsinə son mesajı – FOTO – VİDEO

Xocalı soyqırımı şahidinin xatirələri: “Körpə qarın üzərində, anasının əlindən tutmuş vəziyyətdə donmuşdu...” – VİDEO

Doğum, yaş və şəhadət möcüzəsi - VİDEO

“Başını dizlərimə qoyub “Bura mənim istirahətimdir” deyirdi” - Şəhid anası

Samirə Xankişiyeva

Paylaş:
1835

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər