Deputatdan təklif: “Qarabağda Vətən Müharibəsi veteranları və könüllülərdən ibarət tikinti batalyonları yaradılsın” | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputatdan təklif: “Qarabağda Vətən Müharibəsi veteranları və könüllülərdən ibarət tikinti batalyonları yaradılsın”

Qafar Ağayev15:20 - 29 / 10 / 2021
Deputatdan təklif: “Qarabağda Vətən Müharibəsi veteranları və könüllülərdən ibarət tikinti batalyonları yaradılsın”

“Ötən 2020-ci il dövlətimiz və xalqımız üçün bir sıra vacib hadisələrlə yaddaşlarda qaldı”.

1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

“Xalqımız Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi altında İkinci Qarabağ-Vətən Müharibəsində möhtəşəm Qələbəni çox böyük coşqu ilə yaşadı, doğma Qarabağımız işğaldan azad olunaraq Azərbaycanın suverenliyi bərpa edildi.

Bu savaşın ilk günündən yüzlərlə vətənpərvər Azərbaycan gəncləri kimi, təmsil etdiyim 89 saylı Göyçay-Ağdaş seçki ərazisinin gəncləri də böyük həvəslə, coşqu və vətənpərvərliklə könüllü olaraq cəbhəyə getmiş, düşmənlə qəhrəmancasına vuruşublar.

Sözsüz ki, müharibənin öz qanunları var. Əgər müharibə varsa – şəhid də var, qazi də, itki də. Təəssüflər olsun ki, bu müharibə də qurbansız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı”.

“Sirr deyil ki, cəmiyyətin həssas təbəqəsi olan bu insanlar daim dövlətin yüksək qayğı və diqqəti ilə əhatə olunurlar” – deyə, deputat bildirib:

“Cənab Prezidentin Fərman və Sərəncamları əsasında, habelə Heydər Əliyev Fondunun dəstəyi ilə icra edilən sosial dəstək proqramları müzəffər Azərbaycan Ordusunun qalib əsgərlərinə, torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizə olan yüksək ehtiram, diqqət və qayğının göstəricisidir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək Fondunun (YAŞAT FONDUNUN) yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020-ci il tarixli Fərmanı ərazilərimizin işğaldan təmizlənməsi ərəfəsində xüsusi önəm kəsb edir və son 17 ildə bütün həssas təbəqələri əhatə edən sosial siyasət sahəsində vətəndaşlarımızın problemlərinin yaxşılaşdırılması istiqamətində atılmış növbəti diqqət və qayğının əyani sübutudur”.

M.Əfəndiyev bildirib ki, ümumiyyətlə, şəhidlər, onların ailə üzvləri, müharibə əlilləri, veteranlar və bu kimi həssas təbəqədən olan insanlarımız hər zaman dövlətin qayğısını hiss edir, onlar ölkənin birinci şəxsi ilə yanaşı, Birinci Vitse-prezident Mehriban Əliyeva tərəfindən də göstərilən dəstəyi yüksək qiymətləndirirlər.

“Bu sahədə görülən işlərlə yanaşı, bir sıra vacib məsələlər hələ də öz həllini gözləməkdədir. Belə ki, bu gün İkinci Qarabağ-Vətən Müharibəsində şəhid olan, yaralanmış qardaşlarımızla yanaşı, sağ-salamat evinə qayıdan kifayət qədər müharibə iştirakçılarımız da var. Təmsil etdiyim 89 saylı Göyçay-Ağdaş seçki ərazisinin təkcə bir kəndi – Ərəbcəbirli kənd vahidliyi üzrə Vətən Müharibəsində iştirak edən 66 nəfərdən 55-i yuxarıda qeyd etdiyim müharibə iştirakçısı qrupuna aiddir.

Bu gün həmin müharibə iştirakçılarının statusu, sosial problemləri və işsizliklə bağlı bir sıra vacib məsələlərinin həlli istiqamətində işlər aparılır. Lakin, məsələlərin daha çevik və hərtərəfli həll olunmasının vacibliyi də ortadadır”.

“İkinci Qarabağ-Vətən Müharibəsində iştirak etmiş veteranlarımızın işlə təmin olunması üçün onların iştirakı ilə Müdafiə Nazirliyi yanında tikinti batalyonlarının yaradılmasını təklif edirəm” – deyə, deputat əlavə edib:

“Həmin tikinti batalyonlarında təmsil olunacaq müharibə iştirakçılarımız doğma Qarabağımızın yenidən qurulması və dirçəlməsi işində yaxından iştirak edərək dövlətə olan xidmətlərini bundan sonra da ləyaqətlə göstərə biləcəklər”.

Paylaş:
421

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər