28 may qeyri-iş günü, 18 oktyabr iş günü olacaq - TƏSDİQLƏNDİ | 1news.az | Xəbərlər
Cəmiyyət

28 may qeyri-iş günü, 18 oktyabr iş günü olacaq - TƏSDİQLƏNDİ

12:39 - 29 / 10 / 2021
28 may qeyri-iş günü, 18 oktyabr iş günü olacaq - TƏSDİQLƏNDİ

Bayram elan edilmiş 28 May Müstəqillik Günü qeyri-iş günü, 18 Oktyabr Müstəqilliyin Bərpası Günü iş günü olacaq.

1news.az-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 15 oktyabr 2021-ci il tarixli sərəncamı ilə təsdiqlənən “Müstəqillik Günü haqqında” qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan olunub. Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək. Əmək Məcəlləsinə dəyişiklik isə uyğunlaşdırma xarakteri daşıyır.

Xatırladaq ki, bundan əvvəl mayın 28-i Respublika Günü, oktyabrın 18-i Dövlət Müstəqilliyi Günü kimi qeyd olunub.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

1news.az

Paylaş:
330

Son xəbərlər

Bütün xəbərlər