Wedo.az Azərbaycanda müxtəlif sahələrdən olan mütəxəssisləri sifarişçilərlə bir araya gətirən ilk platformadır
Xidmətlər marketpleysi dünyanın bir çox ölkələrində populyardır.
Beləliklə sahibkarlar peşəkar kadrlarla təmin edilir, mütəxəssislər isə əlavə gəlir əldə etmək imkanı əldə edirlər.
Ölkəmizdə analoji platforma, startap layihələri yaratmaq üçün kreativ həmfikirləri öz icmasına cəlb edən istedadlı “Çevrə” MMC komandası tərəfindən hazırlanmışdır.
Şirkətin ideoloji ilhamlandırıcısı Elvir Salamovun sözlərinə görə, komandanın bütün layihələri rəqəmsallaşmaya və əhalinin gündəlik işlərinin asan həlli yolunu tapmağa yönəldilib.
Bu fəlsəfə Wedo.az layihəsində öz əksini tapıb. Üç dildə (rus, azərbaycan və ingilis) təqdim olunmuş rahat interfeys xidmətlərini satmaqda maraqlı olan mütəxəssislərə özləri haqqında məlumatları, iş təcrübəsi və bacarıqları haqqında məlumatları və ya işlərinin tam portfelini saytda yerləşdirməyə imkanı yaradır.
Öz növbəsində, işəgötürən tərəf, vaxtı və büdcəni göstərərək tapşırığını ətraflı təsvir edir və tələblərinə cavab verən mütəxəssisi tez tapmaq daha asan olur. Bunu etmək üçün saytda işin mahiyyətinin nədən ibarət olduğunu və hansı tarixdə yerinə yetirməli olduğunu ətraflı təsvir edən bir tapşırıq yaratmalısınız. Tapşırıq dərc edildikdən sonra Sifarişçi onun icrasına başlamağa hazır olan mütəxəssislərdən təkliflər almağa başlayır. Potensial İcraçıların profillərinə baxaraq görülən işlərə, rəylərə, reytinqə və namizədlərin xidmətlərinin qiymətinə əsasən öz seçimini edir.
Qeyd edək ki, Wedo.az platformasının bir sıra üstünlükləri var. Birincisi, tamamilə pulsuzdur. İcraçı ilə sifarişçi arasında birbaşa əlaqəni təmin edən platforma, dünyada mövcud olan bir çox digər oxşar platformalardan fərqli olaraq, tərəflər arasında razılaşan məbləğlərdən komissiya tutmur. Bundan əlavə ofis kirayəsi, reklam və s. xərclər etməyə ehtiyac olmadığını nəzərə alsaq, İcraçıların müəyyən etdiyi qiymətlər kifayət qədər münasibdir.
Platformanın mühüm prinsiplərindən biri keyfiyyətə nəzarətdir. Saytda qeydiyyatdan keçmiş mütəxəssislər mütəmadi olaraq yoxlama prosesindən keçirlər, bu müddət ərzində rəylər nəzər yetirilir, şikayətlərə nəzarət edilir. Nəticədə saytda yalnız öz sahəsində məsuliyyətli peşəkarlar qalır.
Və nəhayət, platformanın əsas üstünlüyü - vaxta qənaətdir. Bir çox İcraçı eyni gündə, bəzən də eyni saatda işə başlamağa hazır olduqları üçün, burada olduqca tez bir zamanda İcraçı tapmaq mümkündür
Hazırda Wedo.az platformasında aşağıdakı kateqoriyalar mövcuddur: təmizlik, dizayn, hüquq, mühasibatlıq, kuryer xidmətləri, marketinq, gözəllik və sağlamlıq, tədbirlər və promo, İT, foto və video çəkilişlər, kurslar. Yaxın gələcəkdə müxtəlif sahələrdən olan mütəxəssislərə xidmətlərini sərfəli şəkildə satmaq və gəlirlərini artırmaq imkanı yaratmaq üçün saytda kateqoriyalar yeni xidmət sahələri ilə tamamlanacaqdır.
Odur ki, qeydiyyatdan keçin, platformadan istifadə edin və bizimlə birlikdə inkişaf edin. Elə indi saytda qeydiyyatdan keçin və əməkdaşlığa komissiya tutulmadan başlayın.
Wedo.az - yalnız peşəkarlarla işləmək və qazancını artırmaq üçün əla fürsətdir!
Reklam hüququnda