Azərbaycan Qafan-Çakaten yolunda da nəzarət-buraxılış məntəqəsi yaradır | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Qafan-Çakaten yolunda da nəzarət-buraxılış məntəqəsi yaradır

09:04 - 15 / 11 / 2021
Azərbaycan Qafan-Çakaten yolunda da nəzarət-buraxılış məntəqəsi yaradır

Azərbaycanın Qafan-Çakaten yolunda nəzarət-buraxılış məntəqəsi yaratması gözlənilir.

1news.az-ın məlumatına görə, yolun Azərbaycan ərazisindən keçən hissəsində yaradılacaq məntəqə gömrük və sərhəd xidməti nəzarəti həyata keçirəcək.

Nəzarət-buraxılış məntəqəsinin noyabrın 15-dən yaradılması gözlənilir.

Ermənistan Milli Təhlükəsizlik Xidməti də noyabrın 15-dən Azərbaycanın Qafan şəhərindən Çakaten kəndinə gedən yolda nəzarət-buraxılış məntəqəsi yaradacağını açıqlayıb.

Qeyd edək ki, Azərbaycan noyabrın 11-də Qafan-Gorus avtomobil yolunun Azərbaycan ərazisindən keçən hissəsində də nəzarət-buraxılış məntəqəsi yaradıb.

1news.az

Paylaş:
440

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər