“Ermənistan ordusu təxribat törətdiyi bütün cəbhə istiqamətlərində darmadağın edildi”- Tural İsmayılov | 1news.az | Xəbərlər
Siyasət

“Ermənistan ordusu təxribat törətdiyi bütün cəbhə istiqamətlərində darmadağın edildi”- Tural İsmayılov

16:20 - 17 / 11 / 2021
“Ermənistan ordusu təxribat törətdiyi bütün cəbhə istiqamətlərində darmadağın edildi”- Tural İsmayılov

“Ermənistana 44 günlük savaşdan sonra yenə də böyük dərs verdik”.

Bu fikirləri 1news.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov son günlər erməni silahlı birləşmələrinin Azərbaycana qarşı təxribatlarına münasibət bildirərkən deyib deyib:

“Beynəlxalq havadarlarının əlində oyuncağa çevrilən Ermənistan təxribatlarına davam edərək dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı pozuculuq fəaliyyəti göstərdi. Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnməyə çalışırdı. Azərbaycan Ordusunun bölmələri qarşılarında duran vəzifələri tam icra ediblər, ərazi itkisinə yol verilməyib, bütün strateji yüksəkliklər, məntəqələr bölmələrimizin nəzarətindədir. Genişmiqyaslı təxribat törətməklə qısa müddətli üstünlüyə nail olmaq istəyən Ermənistan hərbi bölmələrinin hücumu əməliyyat-taktiki baxımından sıradan çıxarıldı. Ermənistanın təxribatı nəticəsində yaranmış gərginliyə və qarşıdurmaya görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Ekspert bildirib ki, Ermənistan hazırda o qədər çıxılmaz vəziyyətdədir ki, öz ölümünü tezləşdirən sağalmaz xəstəliyə yoluxan insan kimi davranır:

“Ermənistan hakimiyyəti 44 günlük müharibədə ağır məğlubiyyəti, sonrakı dövrdə uğradığı mövqe itkilərini kompensasiya etmək və revanş qazanmaq üçün 2021-ci il noyabrın 8-dən başlayaraq 2020-ci ilin Tovuz ssenarisinə uyğun olaraq ardıcıl şəkildə Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribatlara başladı.

Noyabrın 8-də Azərbaycan xalqı tarixi Zəfərin ildönümünü qeyd etdiyi bir vaxtda ermənilər Şuşa ətrafında təxribat törətməyə cəhd göstərdilər. Noyabrın 9-u Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə yol çəkən mühəndis texnikalarını atıcı silahlardan atəşə tutdu, Laçın rayonunun Qaragöl gölü ətrafında 60 hərbçinin Azərbaycan Ordusunun mövqelərinə aparın yolda yerləşdirilməsinə cəhd göstərildi. Azərbaycan Orsusunun tədbirləri nəticəsində erməni hərbçiləri mühasirəyə alındı, onların bütün hərəkətləri məhdudlaşdırıldı və səhər saatlarında Rusiya tərəfinin xahişi nəzərə alınaraq, Azərbaycan hərbçiləri onların geri dönməsinə şərait yaratdı. Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında bəyan edildi ki, əgər buna oxşar təxribatlar gələcəkdə təkrarlanarsa, görüləcək tədbirlər daha sərt və təsirli olacaq.

Noyabrın 13-də səhər saatlarında Şuşanın yaxınlığında erməni terrorçuları Azərbaycan hərbçilərinin postuna qumbara ataraq növbəti terror aktı törədiblər. Nəticədə, 3 hərbçi yaralanıb. Bunun ardınca Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 13-ü axşam saatlarından etibarən noyabrın 14-ü səhər saatlarınadək Basarkeçər rayonunun Yuxarı Şorca, Zərkənd, Əzizli və Cermuk yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə və İstisu yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi, qumbaraatan və müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə heç bir səbəb olmadan fasilələrlə intensiv atəşə tutdu.

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-i gecə saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutdu. Noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törətdi;

Ermənistan heç bir nəticə əldə edə bilmədi, bu ölkənin hərbi-siyasi rəhbərliyinin növbəti təxribatı və avantürası tam iflasa uğradı, Ermənistanın növbəti uğursuzluğu və Azərbaycan Ordusunun sərt tədbirləri Ermənistandakı revanşist qüvvələrə tutarlı cavab oldu. Azərbaycan bir daha göstərdi ki, o, güclü, regional təhlükəsizliyin təmin edən ölkədir”.

Ekspert bildirib ki, beynəlxalq aləmin hadisələrə adekvat reaksiyası lazımdır:

“Azərbaycan operativ qaydada beynəlxalq ictimaiyyətin diqqətinə dəfələrlə Ermənistanın Şuşa, Laçın, Kəlbəcər istiqamətində hərbi təxribatlara əl atması, noyabrın 16-da genişmiqyaslı hücum həyata keçirməyə cəhd göstərməsi və yaranmış vəziyyətə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşməsini çatdırıb.Təsadüfi deyil ki, Ermənistan hətta ayrı-ayrı ölkələri də şantaj etməyə cəhd göstərdi. Ermənistan Təhülkəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiyanın və KTMT-nin məsələyə müdaxilə etməyəcəyi təqdirdə digər beynəlxalq tərəfdaşlara müraciət hüququnu özündə saxlaması barədə açıqlaması Rusiyanı şantaj etmək cəhdindən başqa bir şey deyildi. Ermənistanın ayrı-ayrı güc mərkəzlərinə müraciətləri isə qorxaqlıq və yaltaqlığın bariz nümunəsidir”.

1news.az

Paylaş:
570

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər