Dünən COVID-19 pasportu olmadığına görə 131 nəfər toya buraxılmayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dünən COVID-19 pasportu olmadığına görə 131 nəfər toya buraxılmayıb

S.Xankişiyeva10:58 - 18 / 11 / 2021
Dünən COVID-19 pasportu olmadığına görə 131 nəfər toya buraxılmayıb

Noyabrın 17-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 63 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 15 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 131 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Paylaş:
433

Son xəbərlər

Bütün xəbərlər