Baş Prokurorluq tanınmış reperin anasının üstünə ağac düşməsi ilə bağlı məlumat yaydı | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Prokurorluq tanınmış reperin anasının üstünə ağac düşməsi ilə bağlı məlumat yaydı

Qafar Ağayev12:11 - 23 / 11 / 2021
Baş Prokurorluq tanınmış reperin anasının üstünə ağac düşməsi ilə bağlı məlumat yaydı

Tanınmış reper Pərviz İsaqovun (Promete) küləyin təsirindən anasının üzərinə ağac düşməsi və ayağının amputasiya edilməsi faktı araşdırılır.
Baş Prokurorluğun mətbuat xidmətindən 1news.az-ın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaş Pərviz İsaqovun anası Pərvanə İsaqovanın 10.11.2021-ci il tarixdə Yasamal rayonu, Mirəli Seyidov küçəsi 60 ünvanın yaxınlığında olarkən ağacın küləkliyin təsirindən qırılaraq üzərinə düşməsi və sonuncunun aldığı xəsarətlər nəticəsində sol ayağının amputasiya edilməsi barədə müraciət əsasında Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.

Həmçinin oxu: “PRoMete”nin anasının üzərinə ağac aşdı, ayağı kəsildi - Qurumlara müraciət etdi - VİDEO

Paylaş:
492

Son xəbərlər

Bütün xəbərlər