Baş Prokurorluq: İndiyədək Amnistiya Aktı 1500-ə yaxın məhkuma şamil olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Prokurorluq: İndiyədək Amnistiya Aktı 1500-ə yaxın məhkuma şamil olunub

S.Xankişiyeva10:23 - 24 / 11 / 2021
Baş Prokurorluq: İndiyədək Amnistiya Aktı 1500-ə yaxın məhkuma şamil olunub

"Aparılan təhlillərə əsasən, Amnistiya Aktı artıq 1 500-ə yaxın məhkum barəsində tətbiq edilib".

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev deyib.

O bildirib ki, təqdim olunan statistik rəqəmlər növbəti gün və aylarda dəyişəcək: "Mövcud vəziyyətə əsasən, Amnistiya Aktının tətbiq olunduğu şəxslərin 70 faizi cəzaçəkmə müəssisələrinin, o cümlədən 18 faizi məntəqə tipli cəzaçəkmə müəssisələri, qalan hissəsi probasiya xidmətinin payına düşür, sonuncu sürətli templə artmaqdadır. Məhkumların 78 faizi Bakı, 8 faizi Salyan, 3 faizi Sumqayıt, qalanı isə bölgələrdə yerləşən cəzaçəkmə müəssisələrində cəzalarını çəkirdilər.

Cəzaçəkmə müəssisələrinə və cəzanı icra edən qurumlara gəldikdə amnistiyanın tətbiq olunduğu qadın və kişilərin göstəricisi tərs mütənasibdir. Amnistiya Aktını məhkum qadınlar barəsində 75-25 faiz nisbətində əsasən probasiya orqanları tətbiq edirsə, kişilər barəsində Amnistiya Aktını tam əks nisbətdə və əsasən cəzaçəkmə qurumları tətbiq edir".

Paylaş:
335

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər