Deputat: Soçidə keçirilən görüş regionda sülhün təmin olunması istiqamətində irəliyə doğru atılan addımdı | 1news.az | Xəbərlər
Siyasət

Deputat: Soçidə keçirilən görüş regionda sülhün təmin olunması istiqamətində irəliyə doğru atılan addımdı

19:51 - 28 / 11 / 2021
Deputat: Soçidə keçirilən görüş regionda sülhün təmin olunması istiqamətində irəliyə doğru atılan addımdı

“Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında Soçidə keçirilən görüş regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması istiqamətində irəliyə doğru atılan addımdır. Görüşün nəticəsi olaraq qəbul olunmuş bəyanatda da bu məqsəd və niyyət ifadə olunur”.

Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Ermənistanın kapitulyasiyasının ifadəsi olan 10 noyabr birgə Bəyanatının icrası məsələsi görüşdə əsas müzakirə mövzusu olub. Amma görünən odur ki, erməni tərəfi sənədin bir sıra müddəalarını yerinə yetirsə də, bəyanatda əksini tapan bütün bəndlərin icrasında maraqlı deyil. Azərbaycan Prezidenti cənab İlham Əliyev görüşdə milli maraqlarımızı qətiyyətlə müdafiə edib. Soçi görüşü onu göstərdi ki, 44 günlük müharibədə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən hərbi potensialı məhv edilən Ermənistan müharibədən ötən dövrdə özünün diplomatik potensialının da tükəndiyini dərk edib. Bununla belə, Soçi görüşünün noyabrın 9-da baş tutmaması üçün müxtəlif bəhanələr səsləndirən Ermənistanın siyasi rəhbərliyi hər nə qədər cəhd göstərsə də, Rusiyanın vasitəçiliyi ilə bu görüşün noyabrın 26-da keçirilməsindən imtina edə bilmədi.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyası hərbi əməliyyatlar dövründə olduğu kimi, müharibədən sonrakı bir il ərzində də Azərbaycanın milli maraqlarının qorunması naminə ardıcıl və qətiyyətli mövqe nümayiş etdirdi. Azərbaycan tərəfi iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə və ikitərəfli görüşlərdə dəfələrlə bəyan etdi ki, nəinki üçtərəfli Bəyanatda əksini tapmış müddəaların yerinə yetirilməsi, eləcə də Ermənistanın işğal altında olmuş torpaqlarımızda minaladığı ərazilərin xəritələrinin Azərbaycana verilməsi, sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması, həmçinin iki dövlət arasında yekun sülh sənədinin imzalanması bölgədə dayanıqlı sülhün və əməkdaşlığın inkişafı üçün zəruri şərtlərdəndir. Soçi görüşü və imzalanmış bəyanat Vətən müharibəsindən sonra Azərbaycanın bölgədə yaratdığı yeni geosiyasi vəziyyətin və ölkəmizin diplomatik müstəvidə həyata keçirdiyi aktiv fəaliyyətin nəticəsidir. Xüsusən də Bəyanatda təsbit edilən müddəalar Azərbaycan diplomatiyasının bu istiqamətdə qarşıya qoyduğu məqsədlərinə tam uyğundur.Müharibədən sonrakı bir il ərzində Ermənistanda səsləndirilən revanşist fikirlər, hərbi-siyasi rəhbərliyin bəzən destruktiv və anlaşılmaz ritorikası, Azərbaycanın humanitar təşəbbüslərinə qarşı qeyri-adekvat reaksiya, eləcə də gah qarşı tərəfin ATƏT-in Minski qrupunun fəaliyyətini bərpa etmək və beləliklə də Qafqazda müəyyən məqsədlər güdən dövlətlərin marağını təmin etmək cəhdləri, gah da bölgəyə üçüncü qüvvələrin cəlbi məqsədilə Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti zonasından kənarda, dövlət sərhədində törətdiyi təxribatlar qarşı tərəf üçün istədiyi nəticəni vermədi.

“Görüşdə imzalanmış bəyanatda qeyd olunur ki, Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmağı və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə razılıq əldə edilib. Eyni zamanda, Rusiya Prezidenti Vladimir Putin mətbuata bəyanatında regionda iqtisadi əlaqələrin inkişafı ilə bağlı nəqliyyat dəhlizlərinin əhəmiyyətini vurğulaması Ermənistana ciddi mesaj oldu. Çünki erməni tərəfi hər vəchlə Zəngəzur dəhlizinin açılmasına əngəl olmağa çalışır, amma bu görüş həmin məsələdə də ciddi irəliləyişin olacağını deməyə əsas verir. Gələn həftə üç ölkənin baş nazirlərinin müavinlərindən ibarət olan işçi qrupunun Moskvada keçirəcəyi iclasda əldə olunan razılaşmalar açıqlanacaq. Nikol Paşinyanın davranışları, çıxışı göstərdi ki, Ermənistanın nəzərdə tutulan məsələlərə, layihələrə razılıq verməkdən başqa çıxış yolu yoxdur. Bütövlükdə, hesab edirəm ki, Soçi görüşü və hər üç ölkənin siyasi rəhbərliyi tərəfindən imzalanmış bəyanat regionumuzun gələcək inkişafı baxımından böyük ümidlər yaradır. Bu, yalnız münaqişə tərəfi olmuş iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün deyil, ümumilikdə bölgənin beynəlxalq əməkdaşlıq platformasına çevrilməsi baxımından böyük perspektivlər vəd edir”, - deyə S.Fətəliyeva vurğulayıb.

Paylaş:
348

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər