Prezident iranlı jurnalistin Azərbaycan dilində sualına belə cavab verdi - VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Prezident iranlı jurnalistin Azərbaycan dilində sualına belə cavab verdi - VİDEO

10:11 - 29 / 11 / 2021
Prezident iranlı jurnalistin Azərbaycan dilində sualına belə cavab verdi - VİDEO

"Görüş çox yaxşı keçdi, yaxşı söhbət etdik. Dost, qardaş kimi İran-Azərbaycan əlaqələri haqqında çox yaxşı söhbət etdik. Qərara gəldik ki, bundan sonra İran-Azərbaycan əlaqələri bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək".

1news.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsi sazişinin imzalanmasından sonra jurnalistlərə açıqlamasında deyib.

Prezident açıqlamasında bildirib ki, xalqlarımız qardaş xalqlardır: "Ölkələrimiz qardaş ölkələrdir. Bu gün müzakirə olunan məsələlər bir daha onu göstərir ki, İran-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir".

Daha sonra iranlı jurnalist dövlət başçısına imzalanan sənədlə bağlı Azərbaycan dilində sual ünvanlayıb və Prezident sualı belə cavablayıb: "Sənəd də imzalandı. Bunun çox böyük əhəmiyyəti var. Bu, tarixi sənəddir. Bir daha İran-Azərbaycan əlaqələrinin nə qədər dərin olmasından xəbər verir. Azərbaycan Türkmənistan qazını İran üzərindən alacaq. Bu, çox gözəl üçtərəfli əməkdaşlıq üçün də zəmindir və bizim niyyətimizi göstərir. Bu, imzalanmış sənədin iqtisadi və enerji təhlükəsizliyi baxımından çox böyük önəmi var".

İran Prezidenti İbrahim Rəisi isə qeyd edib ki, Azərbaycanla münasibətlərimiz mədəni, mehriban və səmimidir: "Bizim əlaqələrimizin tarixi çox qədimdir. Bu əlaəqlərdə heç bir anlaşılmazlığın olması gərək deyil. Bu gün Azərbaycan Respublikasının möhtərəm Prezidenti ilə yaxşı görüşümüz oldu. İki ölkə arasındakı maraq doğuran məsələlər müzakirə edildi. Bu gün Azərbaycan-İran-Türkmənistan arasında imzalanan qaz sazişi ölkələrimiz arasındakı əlaqələrin, iki və üç ölkə arasındakı münasibətlərin inkişafına xidmət edəcək. Bu sahədə ciddi çoxsaylı addımların atılması zəruridir. İki ölkənin iradəsi sayəsində ölkələrimiz arasındakı əlaqələr, o cümlədən iqtisadiyyat, ticarət, tranzit məsələləri iki ölkə arasında əlaqələrin genişlənməsinə yönəlməlidir. Əlaqələrimizin tarixi qədimdir və bundan sonra da genişlənməli və inkişaf etməlidir".

1news.az

Paylaş:
315

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər