Baş prokurorun birinci müavini helikopter qəzası ilə bağlı aparılan istintaqdan danışıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş prokurorun birinci müavini helikopter qəzası ilə bağlı aparılan istintaqdan danışıb

S.Xankişiyeva14:10 - 01 / 12 / 2021
Baş prokurorun birinci müavini helikopter qəzası ilə bağlı aparılan istintaqdan danışıb

"Hazırda Baş Prokurorluğun istintaq idarəsində cinayət işi başlanılıb".

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu Baku TV-yə açıqlamasında Baş prokurorun birinci müavini Elçin Məmmədov bildirib.

Onun sözlərinə görə, şahidlərin dindirilməsi davam edir: “Eyni zamanda, meyitlərin daxili və xarici müayinəsi tamamlanıb. Hazırda intensiv qaydada istintaq hərəkətləri davam etdirilir”.

E.Məmmədov əlavə edib ki, ilkin məlumat barədə heç bir fikir bildirmək olmaz: “İstintaq nəticələri tədqiq olunmalıdır. Qara qutu hadisə yerindən götürülüb. Tədqiqatın nəticəsi və istintaqın gedişindən asılı olaraq ictimaiyyətə açıqlama veriləcək”.

Paylaş:
401

Son xəbərlər

Bütün xəbərlər