Allahşükür Paşazadə DSX-nin şəhid hərbçilərinin ailələrinə başsağlığı verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Allahşükür Paşazadə DSX-nin şəhid hərbçilərinin ailələrinə başsağlığı verib

Qafar Ağayev14:41 - 01 / 12 / 2021
Allahşükür Paşazadə DSX-nin şəhid hərbçilərinin ailələrinə başsağlığı verib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür PaşazadəDSX-nin şəhid hərbçilərinin ailələrinə başsağlığı verib.

Bu barədə 1news.az-a idarədən məlumat verilib.

"Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqoununda təlim uçuşları yerinə yetirərkən Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması zamanı 14 hərbi qulluqçunun şəhid olması xəbərindən hədsiz kədərləndiyini bildirir, onlara Allahdan rəhmət diləyir, ailələrinə, doğmaları və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah şəhidlərə rəhmət eləsin!!

Şeyxülislam A.Paşazadə qəza zamanı yaralanmış hərbi qulluqçularımıza Uca Allahdan şəfaət diləyir, tezliklə sağalmaları üçün dualar edir", - məlumatda qeyd edilir.

Qeyd edək ki, ötən gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Paylaş:
444

Son xəbərlər

Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58
Bütün xəbərlər