2022-ci ildə Novruz, Ramazan və Qurban bayramlarına görə bu tarixlər qeyri-iş günü olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

2022-ci ildə Novruz, Ramazan və Qurban bayramlarına görə bu tarixlər qeyri-iş günü olacaq

Qafar Ağayev11:50 - 02 / 12 / 2021
2022-ci ildə Novruz, Ramazan və Qurban bayramlarına görə bu tarixlər qeyri-iş günü olacaq

Nazirlər Kabineti 2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında qərar verib.

1news.az-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, 2022-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 2, 3-ü Ramazan bayramı, iyulun 9, 10-u Qurban bayramı günləri müəyyən edilib.

Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən həmin günlər iş günü hesab edilmir.

Paylaş:
4828

Son xəbərlər

Bütün xəbərlər