Bu gün metroda ölən şəxs BDU-nun baş müəllimi imiş - FOTO - YENİLƏNİB
Bu gün səhər Bakı metrosunda dünyasını dəyişən şəxsin kimliyi məlum olub.
1news.az xəbər verir ki, metronun "28 may" stansiyasında vəfat edən şəxs - Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Analitik kimya kafedrasının baş müəllimi 72 yaşlı Əhməd Babayevdir. O, 1978-ci ildən BDU-da çalışırdı.
"Bakı Metropoliteni"nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov APA-ya faktı təsdiqləyib. Onun sözlərinə görə, hadisə səhər saat 8:10-da baş verib:
"Sərnişin qatarda özünü pis hiss edib, "28 may" stansiyasında platformaya düşərkən artıq özündə olmayıb. Dərhal təcili tibbi yardım çağırılıb və hadisə yerinə gələn həkim ölüm faktını təsdiq edib”, - deyə B. Məmmədov qeyd edib.
09:36
“Bu gün saat 08:10 radələrində Bakı metrosunda qatarda olan bir sərnişin özünü pis hiss edib və “28 May” stansiyasında platformaya düşürülüb”.
1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
“Bu vaxt artıq sərnişin özündə olmayıb. Həmin şəxs yaşlı bir şəxsdir. Dərhal Təcili Tibbi Yardım çağırılıb. Həkimlər gəlib və ölüm faktını təsdiq edib”, - o deyib.