Şimali Kipr Prezidenti: “Qarabağ zəfəri bizim də zəfərdir” | 1news.az | Xəbərlər
Siyasət

Şimali Kipr Prezidenti: “Qarabağ zəfəri bizim də zəfərdir”

13:29 - 10 / 12 / 2021
Şimali Kipr Prezidenti: “Qarabağ zəfəri bizim də zəfərdir”

“Azərbaycan qardaş dövlətdir”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu bu gün Azərbaycan mediasının təmsilçiləri ilə videokonfrans formatında görüşdə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar bildirib.

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti deyib ki, Qarabağ zəfəri onların da zəfəridir: “Bizi Kipr adasından uzaqlaşdırmaq üçün müxtəlif səylər göstərilib. Azərbaycanla diplomatik əlaqələrin genişlənməsini vacib sayıram. Azərbaycan xalqını Kipr türk xalqının haqlı mübarizəsi barədə geniş məlumatlandırılmasını zəruri sayıram”.

1news.az

Paylaş:
416

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər