Azad edilmiş ərazilərdə sahibkarlara vergi və gömrük güzəştləri tətbiq ediləcək | 1news.az | Xəbərlər
Rəsmi

Azad edilmiş ərazilərdə sahibkarlara vergi və gömrük güzəştləri tətbiq ediləcək

17:06 - 10 / 12 / 2021
Azad edilmiş ərazilərdə sahibkarlara vergi və gömrük güzəştləri tətbiq ediləcək

İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara vergi və gömrük güzəştləri tətbiq ediləcək.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamda əksini tapıb.

Sərəncama əsasən, Nazirlər Kabineti 3 ay müddətində işğaldan azad edilmiş ərazilərdə özəl təşəbbüslərin stimullaşdırılması, investisiyaların təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, həmin ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin müəyyən edilməsi barədə təkliflər hazırlayacaq və Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.

1news.az

Paylaş:
496

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər