“Media haqqında” yeni qanun layihəsi KİV-lərin fəaliyyətini necə tənzimləyəcək? - “Çıxışa doğru”da MÜZAKİRƏ – VİDEO
Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə verilmiş tapşırığa əsasən “Media haqqında” yeni qanun layihəsi hazırlanıb.
Yeni qanun layihəsinin hazırlanmasında əsas məqsəd media sahəsində sistemləşmənin təşkil olunması, media reyestrinin formalaşdırılmasıdır: “Söhbət burada media subyektlərinin reyestrindən gedir. Media subyektlərinin reyestri demək olar ki, əvvəllər də Azərbaycanda mövcud olmuş çap mediasının uçotunun aparılması qaydasındakı vəziyyətlə eynilik təşkil edir.
Sadəcə, fərq ondan ibarətdir ki, yeni qanun layihəsində nəinki çap mediası, eyni zamanda audioviziual media subyektləri və onlayn media subyektləri də eyni qaydada reyestrdə qeydiyyatdan keçməlidir. Hazırda bu istiqamətdə iş gedir, İşçi qrup tərəfindən qanun layihəsinin ekspertizasını yekunlaşdırıldıqdan sonra qısa müddət ərzində parlamentə təqdim ediləcək”.
1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində "Media haqqında" yeni qanun layihəsi KİV-lərin fəaliyyıtini necə tənzimləyəcək?" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – visiontv.az saytının baş redaktoru, telejurnalist Şöhrət El-Dəniz, "Novoye Vremya" qəzetinin baş redaktoru Şakir Ağayev, filologiya elmləri namizədi, Yayim Media tədqiqatçısı Aynur Kərimova və əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: