Hacı Zeynalabdin Tağıyev - Sumqayıt avtomobil yolu 4 zolaq olaсaq - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Hacı Zeynalabdin Tağıyev - Sumqayıt avtomobil yolu 4 zolaq olaсaq - FOTO - VİDEO

Qafar Ağayev13:53 - 14 / 12 / 2021
Hacı Zeynalabdin Tağıyev - Sumqayıt avtomobil yolu 4 zolaq olaсaq - FOTO - VİDEO

Hacı Zeynalabdin Tağıyev - Sumqayıt avtomobil yolu 4 zolağa genişləndirilir.

Dövlət Agentliyindən 1news.az-a verilən məlumata görə, layihə çərçivəsində “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən tikinti işlərinə start verilib. Layihə üzrə H.Z.Tağıyev – Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilən hissəsinin uzunluğu 13.7 km təşkil edir. Tikinti işləri nəticəsində yolun mövcud eni 15 m-dən 23-25 m-ə, hərəkət hissəsinin eni isə 7-10 m-dən 15 m-ə qədər genişləndiriləcək.

Artıq marşrut boyu mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması və genişləndirilməsi, yeni torpaq yatağının inşası işləri sürətlə davam etdirilir.

Yolun 8 km-lik hissəsində yeni yol əsasının alt qatının tikintisi tamamlanıb. Hazırda zəruri materialdan istifadə olunmaqla, yol əsasının alt qatı hazır olan hissələrdə əsasın üst qatı inşa edilir, ardınca isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

Layihə üzrə nəzərdə tutulan və yolun 8-ci km-də layihələndirilən bir aşırımlı körpünün kənar dayaqlarının inşası da yekunlaşıb.

Hazırda yolun digər hissəsində genişləndirilmə ilə əlaqədar kommunikasiya xətlərinin köçürülməsi işləri aparılır.

Paylaş:
417

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər