15 dekabra olan koronavirus STATİSTİKASI açıqlandı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1156 yeni yoluxma faktı qeydə alınıb, 1739 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 607076 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 580495 nəfər müalicə olunaraq sağalıb, 8137 nəfər vəfat edib, aktiv xəstə sayı 18444 nəfərdir.
Ölkədə son sutka ərzində 11848, hazırkı dövrədək isə 5 706 189 test aparılıb.
469