Çavuşoğlu: “Ermənistanla əlaqələrin normallaşmasını Azərbaycanla məsləhətləşirik” | 1news.az | Xəbərlər
Siyasət

Çavuşoğlu: “Ermənistanla əlaqələrin normallaşmasını Azərbaycanla məsləhətləşirik”

14:02 - 16 / 12 / 2021
Çavuşoğlu: “Ermənistanla əlaqələrin normallaşmasını Azərbaycanla məsləhətləşirik”

“Biz hər məsələdə Azərbaycanla məsləhətləşirik”.

1news.az-ın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanla normallaşma çərçivəsində qarşılıqlı addımların atılması barədə danışarkən deyib.

“Biz hər məsələdə Azərbaycanla məsləhətləşirik və Azərbaycanın bilgisi daxilində belə addımlar atırıq. Heç kimdə sual yaranmasın ki, biz Azərbaycandan ayrı hərəkət edə bilərik. Biz bir millət, iki dövlətik. Bunlar hamımızın xeyrinə olacaq müsbət addımlardır”, - Türkiyə XİN başçısı bildirib.

1news.az

Paylaş:
339

Son xəbərlər

Bütün xəbərlər