Həştərxanda Heydər Əliyev adına məktəbin müəllimləri “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM | 1news.az | Xəbərlər
Rəsmi

Həştərxanda Heydər Əliyev adına məktəbin müəllimləri “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM

14:10 - 20 / 12 / 2021
Həştərxanda Heydər Əliyev adına məktəbin müəllimləri “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan şəhəri Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəbinin müəllimlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncama əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsində əlaqələrin inkişafında xidmətlərinə görə Rusiya Federasiyası Həştərxan şəhəri Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəbinin aşağıdakı müəllimləri “Tərəqqi” medalı ilə təltif edilib:

Auslender Raisa Markovna

Boqdyuk Larisa Anatolyevna

Maxmutova Yelena Borisovna

Melyuçenkova Anna Vyaçeslavovna.

1news.az

Paylaş:
501

Son xəbərlər

Bütün xəbərlər