Uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyinə verilir | 1news.az | Xəbərlər
Rəsmi

Uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyinə verilir

14:12 - 20 / 12 / 2021
Uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyinə verilir

Prezident İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında Sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Sərəncamda qeyd edilir ki, yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilsin.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

1news.az

Paylaş:
396

Son xəbərlər

Bütün xəbərlər