Qanunsuz ov edənlər saxlanılıblar - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qanunsuz ov edənlər saxlanılıblar - FOTO

Qafar Ağayev14:53 - 22 / 12 / 2021
Qanunsuz ov edənlər saxlanılıblar - FOTO

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan 1news.az-a verilən məlumata görə, Laçın RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə qanunsuz ov edən Ağcabədi rayon sakinləri Tərlan Xəlilov, Rauf Əhmədov və Osman Hacıyev saxlanılıblar. Həmin şəxslərdən 3 ov tüfəngi, patronlar və ovladıqları çöl quşları aşkar edilib.

Faktla bağlı Laçın RPŞ-də araşdırma aparılır.

Paylaş:
460

Son xəbərlər

Bütün xəbərlər