Masallıda həyətdə toy təşkil edən şəxs cərimələndi | 1news.az | Xəbərlər
Cəmiyyət

Masallıda həyətdə toy təşkil edən şəxs cərimələndi

Qafar Ağayev12:22 - 22 / 12 / 2021
Masallıda həyətdə toy təşkil edən şəxs cərimələndi

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayonun Tatyanoba kəndi ərazisində evlərdən birinin həyətyanı sahəsində təşkil edilən toy mərasisində iştirak edən qonaqların müəyyən edilmiş say həddindən artıq olduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan 1news.az-a verilən məlumata görə, xüsusi karantin rejimi qaydalarını pozulduğuna görə toyun təşkilatçısı G.Qurbanov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib və o, cərimə olunub.

Paylaş:
305

Son xəbərlər

Bütün xəbərlər