“Alov qüllələri”nin qarşısında güclü partlayış olub, xəsarət alanlar var - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Alov qüllələri”nin qarşısında güclü partlayış olub, xəsarət alanlar var - FOTO

11:27 - 30 / 12 / 2021
“Alov qüllələri”nin qarşısında güclü partlayış olub, xəsarət alanlar var - FOTO

Bakıda qaz sızmasından partlayış olub.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Səbail rayonunda, “Alov qüllələri” hotelinin qarşısında qeydə alınıb.

Orada yerləşən sütunun içindən keçən qaz xəttində partlayış olub, nəticədə 2 nəfər xəsarət alıb.

Xəsarət alanlar təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Hadisə zamanı bir neçə avtomobilə də ciddi ziyan dəyib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

1news.az

Paylaş:
1646

Son xəbərlər

Bütün xəbərlər