Azad olunmuş rayonlara müntəzəm avtobus marşrutları istifadəyə veriləcək
"24 yanvar tarixindən etibarən Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədəyli-Şuşa, Füzuli Beynəlxalq Hava limanı - Şuşa, Bərdə-Ağdam istiqamətlərində şəhərlərarası müntəzəm avtomobus marşrutları istifadəyə veriləcək" .
1news.az xəbər verir ki, İşğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı brifinqdə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev deyib. "Buna görə də tərəfimizdən sınaq səfərləri həyata keçiriib. Daha sonra istismar ediləcək avtobuslar müəyyən edilib. Bilet satışı onlayn həyata keçiriləcək. "Yolumuz Qarabağadır" platforması vasitəsilə bilet almaq mümkün olacaq" - A. Rzayev bildirib.
662