Azərbaycanda həbsdə olan iranlı qadın məhkumlar ölkələrinə təhvil verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda həbsdə olan iranlı qadın məhkumlar ölkələrinə təhvil verilib

S.Xankişiyeva17:47 - 19 / 01 / 2022
Azərbaycanda həbsdə olan iranlı qadın məhkumlar ölkələrinə təhvil verilib

Azərbaycanda cəza çəkən bütün iranlı qadın məhkumlar qarşı tərəfə təhvil verilib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi islahatlar çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsinə böyük önəm verilir.

Qeyd olunub ki, nazirlik tərəfindən 34 dövlətin, o cümlədən Avropa, Asiya, Afrika qitələrindən, Yaxın Şərq, MDB və sərhədyanı ölkələrin ədliyyə qurumları ilə ikitərəfli sazişlər çərçivəsində əməkdaşlıq edilir.

Bunun nəticəsində beynəlxalq hüquqi yardımla bağlı nazirliyə daxil olan sorğuların sayı dəfələrlə artaraq ötən ildə 23 minə çatıb.

"Qonşu və dost İranın Ədliyyə Nazirliyi ilə əməkdaşlığa dair Memorandum və Birgə Bəyanat, həmçinin hüquqi yardım sahəsində dövlətlərarası müqavilələr çərçivəsində səmərəli qarşılıqlı fəaliyyət, o cümlədən məhkumların cəzalarının qalan hissəsinin çəkilməsi üçün vətəndaşları olduqları ölkələrə verilməsi həyata keçirilir.

Dövlətimizin hər zaman qarşılıqlı hörmətə, mehriban qonşuluğa əsaslanan humanist siyasətinin və xoş niyyətinin əyani təzahürü olaraq cari il yanvarın 19-da ölkəmizdə cəza çəkən 3-ü qadın olmaqla 21 nəfər iranlı məhkum xüsusi karantin rejiminin tələblərinə əməl edilməklə öz ölkəsinə təhvil verilib. Bununla da Azərbaycanda cəza çəkən bütün iranlı qadın məhkumlar qarşı tərəfə təhvil verilib.

Bütün bu tədbirlər məhkumların və onların ailə üzvlərinin mənafelərinin təmin olunmasına, öz ailələrinə yaxın ərazidə cəza çəkmələrinə və sosial adaptasiyasına xidmət edir.

Beləliklə, son 5 ildə 136 məhkum qarşı tərəfə verilib, bununla yanaşı dövlətimizin humanist aktları ilə həmin dövrdə 100-ə yaxın iranlı məhkum fərdi qaydada Azərbaycan Prezidenti tərəfindən əfv olunub, qəbul edilmiş amnistiya aktları, o cümlədən Zəfər Günü münasibətilə elan olunmuş amnistiya və ya digər aktlarla vaxtından əvvəl cəzadan azad ediliblər.

Ədliyyə Nazirliyi tərəfindən bu sahədə tədbirlər bundan sonra da davam etdirəcəkdir", - məlumatda qeyd olunub.

Mövzu ilə əlaqədar oxuyun:

Zəfər Günü münasibətilə hazırlanan Amnistiya Aktı - TAM MƏTN

Sonuncu Amnistiya Aktı ilə azadlığa buraxılanların sayı açıqlanıb – STATİSTİKA

Paylaş:
510

Son xəbərlər

Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52
Bütün xəbərlər