Bakının parklanma problemi, parkinqlərə kim nəzarət edir? - “Çıxışa doğru”da MÜZAKİRƏ - VİDEO
Parklanma məsələsi avtomobili olan vətəndaşların ən çox üzləşdiyi problemlərdən birinə çevrilib. Sürücülər Bakıda parklanma yerlərinin azlığından şikayət edirlər. Onlar parkinqlərin azlığı səbəbindən tez-tez cərimələndiklərindən gileylənirlər.
Nəzərə almaq lazımdır ki, sürücü avtomobilini bir yerdə park etməlidir. Çox təəssüf ki, aidiyyatı qurumlar bunu nəzərə almadan parklanma yerlərini ləğv edir.
İctimai nəqliyyatın fəaliyyəti qənaətbəxş olmadığından insanlar şəxsi avtomobilə üstünlük verirlər. Şəxsi avtomobilləri olan sürücülərə isə imkan verilmir ki, haradasa avtomobillərini park etsinlər. Bir tərəfdən avtobus zolağı çəkilir və şəxsi avtomobillərin həmin zolaqlara girişinə icazə verilmir. Digər tərəfdən isə parklanma üçün şərait yaradılmır. Onda sual yaranır ki, bu sürücülər avtomobillərini harada park etməlidirlər?
1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində "Bakının parklanma problemi, parkinqlərə kim nəzarət edir?" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Baş inspektoru polis mayoru Araz Əsgərli, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev, nəqliyyat ekspertı Elməddin Muradlı və sosial məsələlər üzrə ekspert İlqar Hüseynli mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: