Saxta pulu necə tanımaq olar? - VİDEO

Tez-tez olmasa da, bir çoxları saxta pullarla qarşılaşıblar. Hətta alqı-satqı zamanı saxta pulları tanımayıb qəbul edənlər də olub. Çünki bu işlə məşğul olanlar zaman keçdikcə öz saxta əməllərinə daha çox rəng qatırlar. Yəni, hazırladıqları əskinasların üzərində elə işləyirlər ki, onları həqiqi puldan seçmək çətin olur.
Maliyyə məsələləri üzrə ekspert Elşən Əliyev deyir ki, saxta pulların kağızı sürüşkənliyi ilə seçilir. Əsasən isə xırda məbləğli əskinaslar saxtalaşdırılır.
Qanun isə belə saxta əməlləri cəzasız qoymur.
Ekspert vətəndaşların saxta pulları tanımaları üçün maarifləndirmənin də aparılmasını vacib hesab edir.
Xezerxeber.az-a istinadla videomaterialı təqdim edirik:
1news.az
349