Bu gün 3817 nəfər koronavirusa yoluxub – STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün 3817 nəfər koronavirusa yoluxub – STATİSTİKA

S.Xankişiyeva16:46 - 18 / 02 / 2022
Bu gün 3817 nəfər koronavirusa yoluxub – STATİSTİKA

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3 817 yeni yoluxma faktı qeydə alınıb, 7 541 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 25 nəfər COVID-19-dan dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 768 019 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 720 865 müalicə olunaraq sağalıb, 9 182 nəfər vəfat edib. 37 972 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 451, bu günə qədər isə ümumilikdə 6 459 513 test icra olunub.

Paylaş:
1174

Son xəbərlər

Bütün xəbərlər