Bakı məktəblisi Avropa çempionu oldu - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı məktəblisi Avropa çempionu oldu - FOTO

Qafar Ağayev10:22 - 03 / 03 / 2022
Bakı məktəblisi Avropa çempionu oldu - FOTO

Paytaxt məktəblisi Türkiyədə keçirilən muay-tay idman növü üzrə Avropa çempionatında qalib gəlib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən 1news.az-a verilən məlumata görə, , Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 283 nömrəli tam orta məktəbin X sinif şagirdi Xəyal Əliyev bütün rəqibləri üzərində qalib gələrək I yerə layiq görülüb.

X.Əliyev bu qələbəsinə görə qızıl medalla təltif olunub.

Qeyd edək ki, bundan əvvəl də məktəbli ölkədaxili və beynəlxalq yarışlarda uğur qazanıb. 2016-cı və 2018-ci illərdə Türkiyədə keçirilən açıq Avropa Kubokunda və 2019-cu ildə İranda keçirilən beynəlxalq turnirdə I, 2019-cu ildə Türkiyədə keçirilən dünya çempionatında isə III yeri tutub.

Paylaş:
863

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər